• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    ”Nizami və musiqi dünyası” adlı musiqi günü keçirildi
    08-12-2021 23:12:00

    08 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə, Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair  və mütəffəkir, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festival çərçivəsində “Nizami və musiqi dünyası” adlı  musiqi  günü keçirildi.

    Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli inciləridir.

    Festival çərçivəsində keçirilən musiqi günü Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  reallaşdı.

    Tədbirdə Baki Xoreoqrafiya Akademiyasının məktəbi, Cövdət Hacıyev adına 3, Rauf Hacıyev adına 15, M.Maqomayev adına 26 və  24 №li onbirillik musiqi məktəblərinin, Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri, Milli Konservatoriyanın 1-ci kurs tələbələri iştirak etdilər.

    Tədbir çərçivəsində məktəblilərin ifasında Q.Qarayev Yeddi gözəl baletindən “Aişənin rəqsi”, Üzeyir Hacıbəyli "Sevgili Canan" , “Leyli və Məcnun” rəqsi, Q.Qarayev “Yeddi gözəl” baletindən vals, Nizami Gəncəvi “Qəzəllər” Muğamı, “Oyanmış miniatürlar” rəqsi, F.Əmirov “Güllüm” və s. musiqi nömrələri təqdim olundu.

    Tədbirdə Azərbaycan Respublikası Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, KİV nümayəndələri, Əməkdar artist Firuz Səxavət, məktəblilər və valideyinlər  iştirak etdilər.

    Qeyd edək ki, Festivalın  keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft