• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    "İşğaldan azad olan abidələrimiz" adlı əl işləri müsabiqəsi elan olundu
    05-07-2021 09:36:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələr arasında daha bir  müsabiqəyə start verib.Məktəblilərin yay tətilləri zamanı asudə vaxtlarının səmərəli və faydalı keçirmələri baxımından bu müsabiqələrə qatılmaları olduqca əhəmiyyətlidir.

    Əvəzolunmaz milli sərvətimiz olan Qarabağın tarix və mədəniyyət abidələri haqqında məlumatları uşaq və yeniyetmələr arasında daha geniş təbliğ etmək üçünF. Köçərli adına Respublika Uşaq Kitabxanası öz fəaliyyəti istəqamətində 8 noyabr Zəfər gününə həsr olunmuş “İşğaldan azad olan abidələrimiz” adlı 10-15 yaş  məktəblilər arasında ümumrespublika əl işləri müsabiqəsi elan edir.

    Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq,istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.

    Müsabiqənin şərtlərinə əsasən məktəblilər Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələrdən ibarət əl işləri təqdim etməlidirlər.

    Əl işlərinin hazırlanmasında müxtəlif materiallardan (gil, papyemaşe, karton, taxta, şüşə və s.) istifadə oluna bilər.

    Təqdim olunan əl işləri haqqında qısa məlumat (hansı rayonda yerləşir, işğal olunduğu və işğaldan azad edildiyi tarix və s.) verilməlidir. 

     “İşğaldan azad olan abidələrimiz”  adlı ümumrespublika əl işləri müsabiqəsində iştirak etmək istəyən yeniyetmələr hazırəl işlərini 05 iyul – 15 oktyabr tarixlərindəkitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.

    İştirakçılar əl işləri ilə yanaşı özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidirlər.

    Yekun olaraq05 noyabr 2021- ci il tarixində əl işlərindən ibarət sərgi təşkil olunacaq.

    Aşağıdakı linkdən müsabiqənin şərtləri ilə yaxından tanış ola bilərsiniz:

    https://www.clb.az/qarabada-dadlm-abidlrimiz_d3204.html

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft