• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Ağdam-Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyası oxuculara təqdim edildi
    02-06-2021 15:28:00

    Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam -xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Belə ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır.

    Ağdam şəhərində Üzərliktəpə abidəsi, Kəngərlidəki XIV əsrin yadigarı - daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Cümə məscidi, Ağdamın məşhur Çörək muzeyi, Xaçındərbətli kəndindəki el arasında “Sarı Musa türbəsi” adlanan Xaçındərbətli abidəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Pənahəli xanın imarəti, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb məhv edilib. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi sərvət qruplaşdırılaraq “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilib.

    Lakin erməni vandalları tərəfindən bu şəhər o qədər dağıdılıb ki, xarici jurnalistlər bu gün Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”nə çevrilibdir.

    Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi “Ağdam-Qafqazın Xirosiması” adlı tövsiyə biblioqrafiyası hazırladı.

    Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan 55 adda ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilib.

    Tövsiyə göstəricisində yer alan kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materiallar öz əksini tapıb. 

    Oxuculara vəsaitdə verilmiş ədəbiyyatların tam mətni ilə tanış olmaq imkanı da yaradılmışdır. Belə ki, vəsaitdə 38 kitab, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materialların linkləri də verilib.

    Aşağıdakı link vasitəsi ilə tövsiyə biblioqrafiyası ilə yaxından tanış ola bilərsiniz:

    https://www.clb.az/adam-qafqazn-xirosimas-ruhlar-hri_d3180.html

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft