• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Xocalı faciəsini unutmayaq!” adlı anım tədbiri keçirildi
    24-02-2020 12:55:00

    Fevralın 24-də,  F.Köçərli adına Respublika Uşaq Kitabxanası İdrak liseyi ilə birgə 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsini unutmayaq!” adlı anım tədbiri keçirdi. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Uşaqlar həmin gecə baş verən hadisələri şeir, mahnı və hazırladıqları bədii kompozisiyalarla canlandırdılar. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən xocalılı şair Ələmdar Quluzadə iştirak edirdi.  Tədbirdə “əsrin faciəsininin” reallıqlarını əks etdirən videoçarx və uşaqların Xocalıya həsr etdikləri rəsmlər izlənildi.  Sonra şagirdlər mövzu ətrafında diskussiya apardılar. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova tədbirdə çıxış edərək bildirdi ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidməti olmuşdur. Onun təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası başlanılmışdır. Bu kampaniya çərçivəsində  Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın və dünyanın digər ölkələrində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Sonda tədbir uşaqların dili ilə “Biz Xocalını unutmuruq! Xocalıya ədalət istəyirik!” şüarı ilə  yekunlaşdı. Tədbir gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsi məqsədi daşıyırdı. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft