• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    18 sentyabr "Üzeyir Musiqi Günü" nə həsr edilmiş Sərhədsiz incəsənət adlı video çarx istifadəçilərə təqdim olundu.
    18-09-2020 09:30:00

    Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il ölkəmizdə 18 sentyabr “Üzeyir musiqi günü”  kimi qeyd olunur. Bununla da bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyovun doğum tarixi əlamətdar günə çevrilib. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Əsərləri dünya musiqi incilərindən hesab edilən Üzeyir Hacıbəyov  18 sentyabr 1885-ci ildə, Şuşa qəzasında anadan olmuşdur.

    Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

    F.Köçərli adına Respublika Uşaq kitabxanası “Sərhədsiz İncəsənət” adlı video çarxı  18 sentyabr “Milli Musiqi Günü”nə həsr etdi. 

    Təqdim olunan video çarxın  əsas məqsədi kitabxananın fondunda olan, mədəniyyətin müxtəlif sahələrini əhatə edən resurslarla oxucuları virtual tanış etmək və  dünyagörüşlərinin artırılmasına xidmət etməkdir.

    Mövzu çərçivəsində, Üzeyir Hacıbəyov yaradıcılığı barədə ümumi məlumat verildi. Eləcə də, kitabxananın əməkdaşının təqdimatında bəstəkarın "Arşın mal alan" musiqili komediyasından bir parça fortepianoda ifa edildi. Kitabxananın zəngin fondundan kitablar və digər resurslar virtual nümayiş olundu. 

    Oxucular üçün virtual rejimdə təqdim olunan və mədəniyyətin müxtəlif sahələrini  özündə əks etdirən video-çarxlar kitabxananın “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft