• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi.
    21-02-2018 11:19:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi. Tədbir çərçivəsində tanınmış dilçi alim, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla tələbələrin görüşü olub. Əvvəlcə iştirakçılar kitabxananın foyesində Azərbaycan dilinin tədqiqinə aid kitablarla, eləcə də akademikin monoqrafiya və elmi əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin əsas məqsədi, ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Tədbirdə, digэr qonaqlardan , uşaq ədəbiyyatı tədqiqatçısı filologiya üzrə fəlsəfə doktoru Fizuli Əsgərli, ADPU, BDU- nun filologiya və kitabxanaçılıq informasiya fakültəsinin tələbələri, ədəbiyyat üzrə mütəxəssislər, pedaqoqlar və.s qonaqlar da iştirak edirdilər. Tədbiri giriş sözü ilə, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş. Qəmbərova açaraq, qonaqları salamladı. O, öz çıxışında Azərbaycan dilinin dünya dilləri içərisində ahəngdarlıği, zənginliyi, tariximizi bu gün də yaşatmağa kömək edən bir dil olduğunu vurğuladı. Ana dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır. O, ana qədər müqəddəsdir. Vətənə bağlı hər bir şəxs əli silahlı əsgər kimi onu sevməli və sevdirməyi bacarmalıdır. Sonra söz, akademik, dilçi alim Nizami Cəfərova verildi. Natiq öz nitqində ana dili ilə bağlı ətraflı çıxış edərək, tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə məruz qalmasından, lakin, xalqımızın milli birliyi, milli qüruru sayəsində dilimizi qorumağa müvəffəq olduğunu, bu işdə tarixən görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərinin az olmadığını, müasir dövrdə isə Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulduğunu bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi ilə vurğuladı.Daha sonra 53 saylı tam orta məktəbin şagirdlərinin ifasında Azərbaycan dili haqqında şeirlər, Əməkdar artist Firuz Səxavətin ifasında muğam parçaları səsləndirilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft