• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən karvanın növbəti ünvanı Biləsuvar rayon Mərkəzi Kitabxanası oldu.
    08-11-2017 09:32:00

    “Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə yola düşən karvanın növbəti ünvanı Biləsuvar rayon Mərkəzi Kitabxanası oldu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Uşaq Kitab Karvanı Bölgələrdə” adlı səfər, 8 noyabr 2017-ci il tarixində Biləsuvar rayon Heydər Əliyev adına Mərkəzin akt zalında keçirildi. Tədbiri giriş sözü ilə Biləsuvar Regional Mədəniyyət və Turizm Idarəsinin rəis müavini Rəfiqə Cəfərova açdı. Sonra isə söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi.O, Uşaq Kitab Karvanı layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, layihə haqqında ətraflı məlumat verdikdən sonra qonaqları təqdim etdi.Tədbirdə uşaq yazıçılarından Aygün Bünyatzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı iştirak edirdi.Tədbirə Biləsuvar rayon 4 saylı məktəbin şagirdləri ilə yanaşı Mübariz İbrahimov adına məktəb-lisey Kompleksinin şagirdləri iştirak edirdi. Uşaq yazıçıları iştirakçıları maraqlandıran bütün sualları cavablandırdı. Kitab Karvanı ilə gətirilən kitab bağlamalarında kitabxananın uşaq şöbəsinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı verildi.Tədbir kiçik yaşlı uşaqlar arasında keçirilən “Tap görüm” adlı viktorina ilə davam etdi. Qaliblər kitab və jurnallarla mükafatlandırıldı. Respublika Kitab Kollektorunun da kitabxaya hədiyyəsi oldu. Daha sonra çıxış üçün söz Azərbaycan Respublikası Kitabxana Kollektorunun direktoru Ələddin Əsədova verildi. O, tədbirin vacibliyini vurğulayaraq, bu cür tədbirlərin birgə layihə olaraq həyata keçirilməsinin daha səmərəli olacağını qeyd etdi. Bildirdi ki, belə tədbirlərin keçirilməsi uşaqlarla yanaşı yazıçılara da çox böyük ruh yüksəkliyi bəxş edir. Mərkəzin foyesində təşkil olunan Kitab Sərgisi bütün rayon ictimaiyyətinin maraq və sevincinə səbəb oldu. Tədbirin sonunda Biləsuvar rayon MKS-nin direktoru Elşad Talıbov Kitab Karvanı layihəsinin neçə illər belə uğurla həyata keçməsində xidməti olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirdi. Qeyd, edək ki, tədbirin keçirilməsində başlıca məqsədlər sırasında , səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltmək idi.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft