• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisinin təqdimatı keçirildi
    26-09-2017 13:53:00

    26 sentyabr 2017-ci il tarixində Misir Milli Kitabxanasının və Arxivlərinin müdiri dr.Əhməd Seyyid Muhəmməd Şövki F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı oldu. Kitabxana ilə tanışlıqdan sonra “Azərkitab” kitab mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi olan “Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisinin təqdimatı keçirildi. Təqdimatdan sonra görüş Mərkəzin konfrans zalında davam etdi. Görüşü F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq tədbirdə iştirak edən qonaqları və gənc rəssamları salamladı. O, öz çıxışında qədim Misir və Azərbaycan folkloru, nağılları haqqında ətraflı məlumat verdi. Sonra isə söz Misir Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzinin rəhbəri dr. Əhməd Sami Əl-Aydiyə verildi. Mərkəzin rəhbəri öz çıxışında bu layihənin Misir və Azərbaycan uşaqları üçün çox önəm daşıdığını söylədi. Tədbirdə uşaq yazarlarından Sevinc Nuruqızı, Elvira  Məmmədli, OMBUDSMAN-nın nümayəndəsi və s. qonaqlar iştirak edirdi. Sonda söz Misir Milli Kitabxanasının və Arxivlərinin müdiri, Ayn-Şəms Universiteti - Ədəbiyyat fakültəsi - Arxeologiya kafedrası - İslam Arxeologiya Şöbəsinin dosenti  dr. Əhməd Seyyid Muhəmməd Şövkiyə verildi. Misirli qonaq balaca rəssamları, qonaqları salamladıqdan sonra “Ələddinin sehrli köynəyi” nağılı əsasında Qahirə-İslam İncəsənəti Muzeyi haqqında geniş məlumat verdi. Təqdim olan mühazirədən belə bir nəticə çıxarmaq olar ki, elm bütün sehr və sirlərin açarıdır. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirin əsas məqsədi uşaqlarımızı gələcəyimiz naminə düzgün maarifləndirmək, uşaqların dünya ədəbiyyatına, folkloruna, nağıllarına və mütaliəyə olan maraqlarını artırmaq, onları antik mədəniyyətlərin beşiyi, sivilizasiyanın mərkəzi hesab edilən qədim tarixə, ədəbiyyata, incəsənətə, elmə sahib olan fərqli bir mədəniyyətlə tanış etmək, ecazkar Misir nağıllarını oxuyan və bu nağıllara illustrasiyalar çəkən azyaşlı oxucularımıza dəyər verməklə qiymətləndirməkdir. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft