• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    2 aprel – Beynəlxalq Uşaq Kitabı gününə həsr olunmuş IX uşaq kitab sərgisinin açılışı oldu.
    03-04-2017 13:08:00

    1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – 2 aprel  Beynəlxalq Uşaq Kitabı Günü kimi bütün dünyada qeyd edilir.  F.Köçərli adına Respublika Uşaq Kitabxanasıda bununla əlaqədar 3 Aprel  2017-ci il tarixində saat 1200da  Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş IX uşaq kitab sərgisinin açılışı oldu. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qonaqları və uşaqları salamladı, uşaqları bayram münasibətilə təbrik etdi. Şəhla Qəmbərova çıxışı zamanı sərginin təşkil edilməsində məqsədin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaq və kiçik yaşlı oxucularımızın informasiya tələbatının ödənilməsi üçün onları ölkəmizdə son ildə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək olduğunu vurğuladıTədbirdə iştirak edən qonaqlar - Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Misir Mədəniyyət və Tədris Mərkəzinin direktoru Əhməd Sami Elyadi, Naşirlər Birliyinin sədr müavini Ələddin Əsədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Yazıçılar Birliyi uşaq şöbəsinin müdiri Qəşəm Nəcəfzadə balacaların sevimli şair və yazıçılarından Solmaz Amanova, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Elvira Məmmədli, Gülzar İbrahimova uşaqları bu bayram münasibətilə təbrik edərək öz ürək sözlərini dedilər.  Tədbirdə “Altun” nəşriyyatın əməkdaşları da iştirak etdi. IX uşaq kitab sərgisinin müxtəlif başlıqlar altında (“Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan-yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ…”, “Dərədən, təpədən”, “Tarix - keçmişdən gələcəyə”, “Yubilyar yazıçılarımız”, “3 alma”dan ərməğan”, “Musiqi-səmimiyyət məbədidir!” və s.) tərtib olunmaqla sərgiyə gələnlərin diqqətinə çatdırıldı.Həmçinin 2017-ci ilin İslam Həmrəyliyi İli olması ilə əlaqədar “İslam dünyasının uşaq ədəbiyyatı inciləri” başlığı altında İslam dövlətlərinin uşaq ədəbiyyatı geniş şəkildə sərgiləndi.   Tədbir KİV vasitəsilə işıqlandırıldı.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft