• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Nağıl otağında növbəti nağıl saatı təşkil olundu.
    28-02-2016 14:42:00

    28 fevral 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Nağıl otağında növbəti nağıl saatı təşkil olundu. Kitabxana əməkdaşları kiçik yaşlı oxucularla Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsərini müzakirə etdilər. Əvvəlcə uşaqlar xidmət şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış çarxlı slaydı izlədilər. Sonra kitabxanaçı Məhəmməd Füzuli haqqında maraqlı, qısa məlumat verdi. Uşaqlar “Meyvələrin söhbəti” əsərini səhnələşdirilmiş formada qonaqlara təqdim etdilər. Onların həyəcan dolu çıxışlarını valideyinlər alqışlarla qarşıladı. Nağıl saatında uşaqlara həmçinin, meyvələrin əhəmiyyətindən danışıldı, qeyd olundu ki, meyvə insanlar üçün dadlı qidadan əlavə, orqanizmin sağlamlığını təmin edən əhəmiyyətli vasitələrdəndir. Onlardan bir çoxu A,B,C vitaminlərinin mənbəyi , bəziləri də xəstəliklər əleyhinə təsiredici funksiyalara malikdir. Həkimlərin məsləhətinə görə, hər bir insan gündə ən az bir alma yeməlidir. Çünki meyvə insan orqanizminin dostu sayılır. Tədbirin sonunda iştirak edən bir neçə valideynə də çıxış üçün söz verildi. Onlar öz çıxışlarında bildirdilər ki, nağılın kiçik yaşlı oxucular üçün əhəmiyyəti çox böyükdür. Kitab oxuyan, nağılların təsiri ilə böyüyən uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. Nağıllar balaca oxucuların zövqünü oxşayır, qəhrəmanları onlara sevdirir, yaxşı ilə pisi, xeyir ilə şəri başa salır. Nağılı oxuduqdan sonra uşaqlar buradakı hadisələr və qəhrəmanlarla bağlı müzakirələrdə iştirak etməklə, hadisələrin ardıcıllığını düzgün müəyyən edir, ilk dəfə rastlaşdıqları sözlərin mənasını öyrənirlər. Qeyd etmək lazımdır ki, hər həftənin bazar günləri kitabxananın Nağıl otağında Nağıl saatının keçirilməsində başlıca məqsəd həm də kiçikyaşlı oxuculara tərbiyəvi təsir göstərməkdən ibarətdir. Belə ki, bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft