• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzeylərə ekskursiya təşkil edildi
    17-05-2016 08:48:00

    17 may 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsinin əməkdaşları Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonundakı 7 saylı orta məktəbin VI sinif şagirdləri ilə birlikdə muzeylərə ekskursiya təşkil etdi. Ekskursiya Bülbülün Memorial Muzeyi və M.S.Ordubadinin Xatirə-ev Muzeyinə nəzərdə tutulmuşdu Bülbülün Memorial Muzeyi ilə tanışlıq bələdçinin verdiyi məlumatla başladı: Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ildə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin Mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyi yaradılmışdır. Muzeyin fondlarında olan eksponatlar Bülbülün yarım əsrdən çox öz yüksək parlaq istedadını Azərbaycan musiqi incəsənətinə həsr etməsini inandırıcı surətdə göstərir. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqi incəsənətinin bütün sahələrinə aid hərtərəfli və müxtəlif yaradıcılığı haqqında 9000-ə yaxın sənəd və material toplanmışdır. Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey 4 ekspozisiya otağından ibarətdir. Üç otaq memorial olaraq saxlanılmışdır, biri isə sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb-yaratmışdır. Növbəti tanışlıq görkəmli yazıçı M.S.Ordubadinin Xatirə-Ev Muzeyi ilə baş tutdu. Ədib həmin mənzildə 1938-ci ildən 1950-ci ilə kimi yaşayıb- yaratmışdır. M.S.Ordubadinin xatirə muzeyində saxlanılan eksponatlar ziyarətçilərdə yazıçının keçdiyi həyat yolu, yaradıcılığı barədə dolğun təsəvvür yaratdı. Ekskursiya bitdikdən sonra məktəblilər və muzey əməkdaşları arasında disskursiya keçirildi. Usaqları maraqlandıran bir çox suallar cavablandırıldı. Muzeyə etdikləri ziyarətdən son dərəcə məmnun qalan şagirdlər öz hisslərini və təəssüratlarını muzeyin xatirə kitabında qeyd etdilər.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft