6 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “5 May - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib, ənənəvi kitab sərgisi təşkil olunub. Kitabxana əməkdaşları uşaqlara əlamətdar günün yaranma tarixi haqqında məlumat verib.
1992-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Daha sonra sərgidəki kitablar haqqında məlumat verilib, uşaqlara məşhur "Qoğal" nağılı əsasında barmaq oyunu tamaşası təqdim edilib.
Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına, ictimai həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələrinə dəstək olmaqdır.