• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Əzilsəm də susmaram!” adlı tədbir keçirildi
    19-12-2022 20:43:00

    Azərbaycan  Respublikası  Prezidentinin İstiqlal  şairi "Əhməd  Cavadın 130  illiyinin qeyd edilməsi haqqında" 20 aprel 2022-ci il  tarixli sərəncamından  irəli gələn  tədbirlər planı çərçivəsində  19 dekabr tarixində F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının  təşkilatçılığı  və Y. Kovalyov  adına  229 nömrəli  tam  orta  məktəbin  tərəfdaşlığı  ilə  “Açıq dərs - Açıq fikir”  layihəsi  çərçivəsində  “Əzilsəm də susmaram!” adlı  tədbir  baş tutdu. 

    İlk öncə qonaqlar Yuri Kovalyov adına 229 saylı orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına  gül qoydular və onların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

    Tədbir məktəbin  akt zalında 33 saylı musiqi məktəbinin xor kollektivinin ifasında  dövlət himninin  səsləndirilməsi ilə başladı.

    Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət, təkrarsız pedaqoq, yüksək səviyyəli ziyalı, inqilabçı, ictimai xadim, iti qələmli jurnalist, qüdrətli publisist,  məhşur xeyriyyəçi Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbirdə,*  şagirdlərin təqdimatında onun həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar və bilik yarışması təqdim edildi.

    Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi, ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur.

    Bu baxımdan  tədbirin  keçirilməsində əsas məqsəd  gənc nəsildə milli-mədəni irsə qayğı və mənəvi dəyərlərə ehtiram hissinin aşılanması, Azərbaycan ədəbiyyatı tarixində diqqətə layiq yer tutan ədiblərimizin həyat və yaradıcılığının tanıdılmasıdır. 

    Tədbirdə ədibin nəvəsi Almaz  Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin  nümayəndələri İslam Hüseynov, Kamran Musayev, Bakı şəhər Təhsil  idarəsinin müdir müavini Hüseyn Əsgərzadə, BŞTİ İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova,  N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elm ikatibi Aygün Bağırlı, filologiya elmləri doktoru prof. Lütviyyə Əsgərzadə, Filologiya üzrə fəlsəfə doktoru dosent Fidan Abdurəhmanova, MİSSİYA MEDİA Qrupunun rəhbəri Nicat Dağlar, Nizami rayonunun İH nümayəndəsi, məktəb rəhbərləri və bir çox qonaqlar iştirak etdi.  

    Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, layihə haqqında da öz müsbət fikirlərini bildirdilər. Sonda müsabiqədə iştirak edən şagirdlər – I, II, III yer olmaqla diplom və kitablarla mükafatlandırıldılar. I yerin qalibi Mirzəyev Əliyə Əhməd Cavadın əksi olan kiçik ölçülü xalça hədiyyə edildi. Qeyd edək ki, kompozisiya və bilik yarışmasının iştirakçıları rus bölməsinin yuxarı sinif şagirdləri idi.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft