• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Uşaq yazarı Qəşəm İsabəylinin “Keçinin Azadlıq nağılı” elektron kitabına Andersen fəxri diplomu təqdim edildi
    28-12-2021 00:04:00

    27 dekabr tarixində  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan uşaq ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən yazıçı, şair Qəşəm İsabəyliyə Beynəlxalq Uşaq Kitabı Şurasının Andersen adına fəxri diplomlun təltif edilməşi ilə bağlı tədbir keçirildi.

    Qeyd edək ki, diplom yazıçı Qəşəm İsabəylinin “Keçinin Azadlıq nağılı” elektron kitabına təqdim edilib.

    Tədbirin keçirilməsində məqsəd Azərbaycan uşaq yazarlarıını (İBBY )vasitəsilə  tanıtmaq və uşaq ədəbiyyatını təbliğ etməkdir. 

    Yazıçı, şair Qəşəm İsabəyli yaradıcılığının əsas qayəsi uşaqların zehni inkişafına təsir və nitqin təkmilləşməsinə xidmət edən bir-birindən maraqlı ədəbi nümunələrdir. Bədii forma və məzmun axtarışları, orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən Qəşəm İsabəylinin rəngarəng yaradıcılığı məhz dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsinə səbəbdir.  

    Tədbir zamanı Qəşəm İsabəyli haqqında video slayd  iştirakçılara təqdim edildi. 

    Təqdimata görə Respublika Uşaq Kitabxanasına minnətdarlığını bildirən yazıçı Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı fikirləri bölüşdü və tədbirin iştirakçılarına yeni şeirlərini təqdim etdi. 

    Tədbirdə iştirak edən  uşaq yazarları Zahid Xəlil və Eyvaz Zeynalov  çıxışlarında qeyd etdilər ki, uşaq əsəri yaratmaq üçün yazıçıdan böyük  məharət tələb olunur. Uşaq ədəbiyyatı nümunələri özünün forma yığcamlığı, məzmun aydınlığı, dil sadəliyi, axıcılıq, oynaqlıq və ahəngdarlığı baxımından böyüklər üçün yazılan ədəbiyyatdan fərqlənir. Şairin şeirlərində gözəgörünməz bir sehr, uşaqları özünə cəlb edən bir mərhəmət, doğmalıq hissi hökm sürür, bu da uşaqların qəlbini rövnəqləndirir, onları ədalətli, ləyaqətli bir insan kimi yetişdirmək üçün tərbiyələndirir. 

    Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı. 

    Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Bu günə qədər F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İBBY-Milli Bölməsi tərəfindən  Beynəlxalq Uşaq Kitabı Şurasının  Andersen Fəxri mükafatına uşaq yazarlarından Sevinc Nuruqızı, Solmaz Amanova və Xalq Rəssamı Arif Hüseynovun  əsərləri təqdim edilmişdir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft