• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    M.N.Tusi adına 173 saylı orta məktəblə birgə 29 may 2018-ci ildə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş “Açıq dərs – Açıq fikir” adlı tədbir keçirildi.
    29-05-2018 13:24:00

     F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bakı şəhər Yasamal rayonundakı M.N.Tusi adına 173 saylı orta məktəblə birgə 29 may 2018-ci ildə  Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş “Açıq dərs – Açıq fikir” adlı tədbir keçirdi. Tədbir məktəbin foyesində şagirdlərin cümhuriyyət dövrü yazıçılarının  (C.Cabbarlı, H.Cavid, Ə.Cavad, Ü.Hacıbəyli, Ümmügülsüm, F.Köçərli, Y.Çəmənzəminli ) obrazlarında onların söylədikləri fikirlərin səslənməsi, hazırladıqları “Cümhuriyyətin 100 illik işığında” adlı video slaydın izlənilməsi ilə başladı. Sonra məktəbin ikinci sinif  şagirdlərinin ifasında “Cümhuriyyət nəğməsi” ifa olundu. Təqdimatdan sonra “Açıq dərs” başladı. Məktəbin direktoru Sitarə Abbasova birgə layihədən söhbət açaraq gələn qonaqları təqdim etdi. Bildirdi ki, bu layihə ilk dəfə olaraq  M.N.Tusi adına 173 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək, onlarda vətənpərvərlik eşqini daha da alovlandırmaq, müstəqillik, azadlıq uğrunda mücadilələri xatırlatmaqdır. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitunun Azərbaycan Xalq Cümhuriyyəti Şöbəsinin direktor müavini tarix elmləri doktoru Tofiq Nəcəfli, Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi, dosent Rafiq Qurbanov,   Bakı şəhəri üzrə Təhsil İdarəsnin müdir müavini Hüseyn Əsgərov, Bakı şəhəri üzrə Təhsil İdarəsnin ümumi təhsil sektorunun şöbə müdiri Lamiyə Şərəfxanova,  Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Təhsil İdarəsi ümumi şöbənin məsləhətçisi Rəhman Baxşəliyev, “Azərbaycan müəllimi” qəzetinin məktublar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov,  AzərTAC-ın nümayəndəsi Zərəngiz Qayalı Mansurova, F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova və elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, həmçinin kitabxananın bir qrup əməkdaşı iştirak edirdi. “Açıq dərs” Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Dərsin aparıcısı tarix müəllimi Vəli Hüseynli  idi. “Açıq Dərs”  Cümhuriyyət dövrünün tarixini tam əhatə etməklə suallarla dərsin iştirakçılarına- tələbələrinə ünvanlandı. Münsiflər kürsüsündə  əyləşən dəyərli qonaqlar qiymətləndirmə prosesinə qatılaraq obyektiv fikirlərini bildirdilər. “Açıq dərs”də ən fəal iştirak edən 7 nəfər şagird münsiflərin qərarı ilə diploma layiq görüldü. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova layihə ilə bağlı öz fikirlərini bidirdi, açıq dərsdə iştirak edən şagirdlərə uğurlar arzuladı. Münsiflər heyəti layihənin tətbiqindən, həm də dərsin keçilmə metodikasından çox razı qaldıqlarını bildirdilər. Qeyd olundu ki, belə dərslərin keçilməsi doğrudan da, çox effektivdir və kitabxana ilə bu kimi layihələrin keçirilməsi təhsildə daha yüksək nəticələrin əldə edilməsinə gətirib çıxarır. Böyük məmnuniyyət hissi ilə tədbirdə iştirak edən qonaqlar , “Açıq dərs – Açıq fikir”  layihəsi çərçivəsində keçiriləcək  dərslərdə bir daha iştirak etmək istədiklərini bildirdilər. “Dərs” alındı və xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft