• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən “Əsgərə məktub” adlı aksiyada iştirak etdi.
    24-06-2018 13:56:00

    24 iyun 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt”MMC-nin təşkil etdiyi  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən “Əsgərə məktub” adlı aksiyada iştirak etdi. Aksiyanın əsas məqsədi, Azərbaycan vətandaşlarının öz əsgərinə, ordusuna  ehtiram və diqqətinin çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etmək idi. Kitabxana, aksiyaya müxtəlif maraqlı kitab və jurnallar eləcə də, Azərbaycan əsgərinə, ordumuza olan sevgi və sonsuz etibarı bildirən məktubla qatıldı. Həmin məktubu sizədə təqdim edirik.

     

    “Əsgərə məktub”

     

    Salam, Azərbaycanımın igid Əsgəri! Bu məktubu sənə çox böyük həvəs və sevgi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası adından yazırıq. Çətin və məsuliyyətli olan bu amalda hərbi andımıza sadiq qaldığınızı bilirik. Vətənimizin hər qarışı üçün qanınızın son damlasına qədər mübarizə aparacağınıza və torpaqlarımızı yağı düşmənlərdən qoruyacağınıza əminik. Biz, Vətənimizin qeyrətli, cəsarətli, mərd və əli silahlı Əsgərləri ilə fəxr edirik. Çünki siz, bütün çətinliklərə baxmayaraq, xidmətdə göstərdiyiniz şücaətlə sizə olan etimadları daim doğrultdunuz. Dövlətimizin hərbi siyasəti nəticəsində ordumuz günü- gündən güclənir. Təbii ki, bu da bizim hər zaman qələbəyə olan inamımızı artırır. Bəli, Şəhidlik uca zirvədir! Vətənimizin onlarla nər oğulları torpağımızın bir qarışı uğrunda heç düşünmədən canlarını fəda etdilər. Ancaq biz, sizin ölməyinizi deyil, Şəhidlik kimi uca məqamə yetişən qorxmaz oğullarımızın ruhları qarşısında torpaqlarımıza göz dikən, xalqımızın dincliyini pozan düşmənləri məhv etməyinizi istəyirik. Bu döyüş meydanında düşmənlərimiz nə qədər hiyləgər və qəddar olsa belə Azərbaycan Əsgərinin mübarizə əzmini qıra bilməyəcəyini bilirik. Sizlərə olan bu inam və etibar qarşısında hər zaman xidmətdə göstərdiyiniz qəhramanlıqlarla xalqımıza sevinc və fərəh hissi yaşadacağınıza, o cümlədən, işğal altında olan torpaqlarımızı hər an azad etmək iqtidarında olduğunuza əminik. Torpaq- uğrunda ölən varsa Vətəndir! Azərbaycanın sizin kimi qeyrətli Əsgərləri olduqdan sonra heç şübhəsiz ki, bu Vətən əbədi var olacaqdır!

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft