Yanvar
1. Yeni il. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından
asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır.
Rəvayətə görə, İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görədə həmin gün İsa
peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edilir. Bu bayram 431-ci ildə
qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır.
Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır.
1. Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlunun anadan olmasının 130 illiyi (1883-1936)
Kitabları: “Can yanğısı”, “Şahzadə və Əbdül”, “Seçilmiş əsərləri” və s.
6. Yazıçı, şair Nüşabə Məmmədlinin anadan olmasının 60 illiyi (1953)
Kitabları: “Vicdan dustağı”, “Sevgi xiyabanı”, “Zəngulə”, “Bu bir oyundur”, “Göylərdə keçən ömür”, “80 budağın hərəsindən bir yarpaq” və s.
7.Şair Soltan Abbasın anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Qəzəllər” və s.
8. Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 90 illiyi (1923-1999)
10. Rus yazıçısı Aleksey Tolstoyun anadan olmasının 130 illiyi (1883-1945)
Kitabları: “Seçilmiş əsərləri” və s.
12. Ədəbiyyatşünas Gülrux Əlibəylinin anadan olmasının85 illiyi (1928)
Kitabları: “Yenilik uğrunda”, “Düşüncələr”, “Çırpınan dünyamız” və s.
14. Xalq artisti Tofiq Kazımovun anadan olmasının 90 illiyi (1923-1980)
19.Şair, tərcüməçi Ələsgər Əlioğlunun anadan olmasının 60 illiyi (1953)
Kitabları: “Xortumsuz fil”, “Dəryada gəmim qaldı”, “Haraylar” və s.
19.Azərbaycanın ilk maarifçi qadınlarından biri, C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə - Cavanşirin anadan olmasının 140 illiyi (1873-1955)
Kitabları: “Mirzə Cəlil haqqında xatirələrim” və s.
20.Milli Matəm günü. 20 Yanvar Faciəsi. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. 17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) 20 Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
20.Yazıçı, şair, etnoqraf Teymur Bünyadovun anadan olmasının 85 illiyi (1928)
Kitabları: “Ana Kürüm”, “Qızıl Qaya”, “Əsrlərdən gələn səslər”, “Göz yaşları”, “Cavanşir” və s.
22.İngilis şairi C.N.Bayronun (Qordon) anadan olmasının 225 illiyi (1788-1824)
Kitabları: “Gavur”, “Abidos gəlini”, “Lara”, “Parizina” və s.
23.Fransız yazıçısı Anri Stendalın anadan olmasının 230 illiyi (1783-1842)
Kitabları: “Qırmızı və Qara”, “Məhəbbət haqqında”, “Romada gəzinti” və s.
23.Şair Eldar İbrahimin anadan olmasının 60 illiyi (1953)
Kitabları: “Borc”, “Dünya mənim sirdaşım” və s.
26.Ədəbiyyatşünas, publisist Firudin bəy Köcərlinin anadan olmasının 150 illiyi (1863-1920)
Kitabları: “Seçilmiş əsərləri”, “Balalara hədiyyə”, “Azərbaycan ədəbiyyatı tarixi materialları”, “Təlimi Sokrat” və s.
Fevral
2. Gənclər günü. Bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq
olunub və həmin ildən qeyd olunur.
3. Yazıçı, publisist Şamil Süleymanovun anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Hünər meydanı”, “Nəğməli ürək”, “Qibləsiz məzar” və s.
3. Ədəbiyyatşünas Esmira Şükürovanın anadan olmasının 55 illiyi (1958)
Kitabları: “Əgər bir ömrüm də olsaydı”, “Hər ömürdən bir yarpaq”, “Ədəbi düşüncələr” və s.
5. Xalq artisti, bəstəkar Qara Qarayevin anadan olmasının 95 illiyi (1918-1982)
5. Şair, dramaturq Mərkəz Qacarın anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Şirin səhvi”, “Satqın tülkü”, “Qarışqadan filədək”, “Sallaqxana keçisi”, “Qeybdən gələn səs”, “Kömürçü oğlu”, “Xilaskar” və s.
6. Xalq artisti, aktyor Rafiq Əzimovun anadan olmasının 75 illiyi (1938)
7. Beynəlxalq Təhlükəsiz İnternet günü. Bu gün Avropa Komissiyasınnı qərarı ilə
2004-cü ildə təsis edilmiş və həmin ildən Avropa İttifaqı tərəfindən qeyd olunur.
8. Fransız yazıçısı Jül Vernin anadan olmasının 185 illiyi (1828-1905)
Kitabları: “Yerin mərkəzinə səyahət”, “80 gün dünya ətrafında”, “Yerdən Aya” və s.
10. Yazıçı Cəmşid Əmirovun anadan olmasının 95 illiyi (1918-1982)
Kitabları: “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara Volqa” və s.
11.Şair, publisist Əbülfəz Naxçıvanlının anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Toy günü”, “Yadına düşəcəyəm”, “Sevda yoxuşları”, “İşığım ol gözümdə” və s.
12.Şair, dramaturq İslam Səfərlinin anadan olmasının 90 illiyi (1923-1974)
Kitabları: “Bahar nəğməsi”, “Qığılcım”, “Qağayılar yorulanda”, “Qoşa söyüd”, “Göz həkimi” və s.
14.Hərbi Hava Qüvvələri günü. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr
1992-ci il tarixli fərmanına əsasən qeyd olunur.
20.Şair, dramaturq Əliağa Kürçaylının anadan olmasının 85 illiyi (1928-1980)
Kitabları: “Arifin bağçası”, “Səfərə çıxıram”, “Həyatın dolayları”, “Dünya ovcumdadır”, “Ülkər”, “Qəlbin sıxılsa əgər...” və s.
20.Xalq artisti, xanəndə Arif Babayevin anadan olmasının 75 illiyi (1938)
Kitablar: “Çay qırağında”, “Məhəbbət olmayanda”, “Qarayel”, “Dan
qaranlığı”, “Çinar kəhrizin suyu” və s.
21.Beynəlxalq Ana dili günü. YUNESKO 1999-cu ildə fevral ayının 21-ni
Beynəlxalq Ana Dili günü elan edib.
22.Ədəbiyyatşünas, tənqidçi Feyzulla Qasımzadənin anadan olmasının 115 illiyi (1898-1976)
Kitabları: “Xalq aşıq poeziyası”, “Tənqidi realizm”, “Vaqifin ədəbi məktəbi”, “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” və s.
23.Şair, publisist Səyavuş Sərxanlının anadan olmasının 70 illiyi (1943-2005)
Kitabları: “Qayıt”, “Anamın səsi gəlir”, “Mənim nərgizli dünyam”, “Duz-çörək”, “Dünya sevənlərindir” və s.
26.Xocalı faciəsi (1992). Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-
dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini - Xocalı soyqırımını
törətdilər.
28.Xalq artisti, aktrisa Sofiya Bəsirzadənin anadan olmasının 95 illiyi (1918-2000)
28.Publisist, coğrafiyaşünas Budaq Budaqovun anadan olmasının 85 illiyi (1928-2012)
Kitabları: “Dağların həyatı”, “Əfsanəvi dağlar”, “Təbiəti qoruyun”, “Ağsaqqal sözü”, “Vətən yanğısı” və s.
29.Yazıçı, kino-dramaturq Ənvər Məmmədxanlının anadan olmasının100 illiyi (1913-1990)
Kitabları: “Burulğan”, “Bakı gecələri”, “Ayna”, “Analar və yollar”, “Dirilik çeşməsi”, “Balaca Nərgiz”, “Qızıl qönçələr” və s.
Mart
2. Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul edildiyi gün (1992)
Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.
5. Şair, dramaturq Miryusif Mirnəsir oğlunun anadan olmasının 75 illyi (1938)
Kitabları: “Süsən-sünbül”, “Xocalıda görüşərik”, “Pəhpəhnamə”, “Dünyadan böyük eşqim”, “Ata yolu” və s.
5. Bədən tərbiyəsi və idman günü. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 4 mart tarixli sərəncamı ilə qeyd olunur.
8. Beynəlxalq Qadınlar günü. 1910-cu ildən Klara Setkinin təşəbbüsü ilə qeyd olunur.
9. Yazıçı, publisist Əliağa Yasinzadənin anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Yollar”, “Əsgər ürəyi”, “Yaşıl xiyaban”, “Qızıl tacın şərəfi” və s.
10.Milli Teatr günü. Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin
mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və
“Hacı Qara” tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və
Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən
göstərilən bu ilk həvəskar tamaşalar Milli teatrın yaranması üçün səbəb oldu.
12.Xalq şairi Cabir Novruzun anadan olmasının 80 illiyi (1933-2002)
Kitabları: “Mənim muğamatım”, “İllərin ömrü”, “Taleyin töhfələri”, “Anam vardı, dünyam vardı”, “Vətən əbədi qoruqdur”, “Özünü qoru xalqım” və s.
12.Şair Adil Qasımovun anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Pıçıltılar”, “Biz görüşəndə”, “Dağlar, qalalar, babalar”, “Qaranquş ömrü” və s.
12.Daxili Qoşunlar günü. Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli fərmanı Qoşunların Azərbaycanın ərazi bütövlüyü
uğrunda Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı gün – martın 12-si “Daxili Qoşunlar günü” elan edilmişdir.
15.Rus şairi Sergey Mixalkovun anadan olmasının 100 illiyi (1913-2009)
Kitabları: “Hər şey uşaqlıqdan başlanır”, “Zamanın əlamətləri” və s.
14.Xalq yazıçısı Anarın (Rzayev) anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Bayram həsrətində”, “Yağış kəsdi”, “Ağ liman”, “Adamın adamı”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Sizsiz”, “Dünya bir pəncərədir” və s.
15.Aşıq Şəmşirin anadan olmasının 120 illiyi (1893-1980)
Kitabları: “Seçilmiş əsərləri”, “Qoşmalar”, “Dağ havası” və s.
18.Xalq yazıçısı Mövlud Süleymanlının anadan olmasının 70 illiyi (1943)
Kitabları: “Bir ünvan”, “Ayın aydınlığında”, “Köç”, “Səs” və s.
18.Şair Mahir Rəfizadənin anadan olmasının 75 illyi (1938)
Kitabları: “Təbiətin mahnıları”, “Taleyimiz”, “Nəvəli dünyam”, “Yağan yağış deyildi” və s.
20. Şair, publisist Kələntər Kələntərlinin anadan olmasının 80 illiyi (1933-2012)
Kitabları: “Dəniz nəğmələri”, “Öz qitəmi axtarıram”, “Qatar gedir”, “Şirin nübar”, “Dəniz və məhəbbət” və s.
20-21. Novruz bayramı. Yazın gəlişini simvolizə edən qədim xalq bayramı.
2010-cu ildə BMT 21 martı Beynəlxalq Novruz günü elan etdi.
21.Beynəlxalq Poeziya günü. Beynəlxalq Pozeiya Gününun qeyd olunması ilə bağlı təşəbbüs ilk dəfə türk şair Tarık Günersel tərəfindən 1997-ci
ildə irəli sürülüb. YUNESCO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında martın 21-i Beyməlxalq Pozeziya günü elan edilib.
21.Şair, publisist Ağacavad Əlizadənin anadan olmasının 85 illiyi (1928-1995)
Kitabları: “Hələ söhbətim var”, “Sən yanımda olanda” və s.
21.Xalq artisti, aktyor İsmayıl Talıbzadənin anadan olmasının 115 illiyi (1898-1967)
22.Dramaturq, yazıçı Məhərrəm Əlizadənin anadan olmasının 100 illiyi (1913-1983)
Kitabları: “Qılınc dağında”, “Kədər və sevinc”, “Qara brilyant” və s.
22.Xalq artisti, aktyor Əlağa Ağayevin anadan olmasının 100 illiyi (1913-1983)
22.Xalq artisri, müğənni Rübabə Muradovanın anadan olmasının 80 illiyi (1933-1983)
22.Yazıçı, ədəbiyyatşünas Mirzə Müştağın anadan olmasının 100 illiyi (1913-2001)
Kitabları: “Şəfalı əllər”, “Məni bağışla”, “Qönçələr arasında” və s.
22.Yazıçı Sabir Azərinin anadan olmasının 75 illiyi (1938-2010)
Kitabları: “Nişan üzüyü”, “Kar qaya”, “Gecə məşəl yanır”, “Dalanda, “Günəşə sarı gedəndə” və s.
22.Yazıçı Qəhrəman Qəhrəmanzadənin anadan olmasının 100 illiyi (1913-1990)
Kitabları: “Mühacirlər dastanı”, “İftira”, “Tozlu palto”, “Ayrılıq” və s.
22.Biblioqraf Zöhrab Əliyevin anadan olmasının 80 illiyi (1933)
Əsərləri: “Azərbaycanda biblioqrafiya işinin vəziyyəti və inkişafı tarixindən”,
“Biblioqrafiyanın nəzəriyyəsi və metodikası” və s.
23.Ümumdünya Metereologiya günü. Azərbaycan 1993-cü il sentyabrın 3-dən
Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür. Ümumdünya Metereologiya günü
1950-ci ildən, yəni ÜMT-nin yaradılması barədə konvensiya qüvvəyə minəndən bəri
ənənəvi olaraq hər il bir deviz altında keçirilir.
25.“Azərbaycanın Milli qəhrəmanı” adının təsis edildiyi gün.
“Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — “Ay-Ulduz” medalı “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir. “Ay-Ulduz” medalı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən “Qızıl Ulduz” medalı ilə əvəz edilmişdir.
25.Şair Rüfət Əhmədzadənin anadan olmasının 80 illiyi (1933-1988)
Kitabları: “Özündən demir”, “Qəribə yuxu”, “Hansımız hündürük” və s.
26.Yazıçı, ədəbiyyatşünas Vaqif Sultanlının anadan olmasının 55 illiyi (1958)
Kitabları: “Sönmüş ulduzlar”, “İnsan dənizi”, “Ağır yolun yolçusu” və s.
27.Beynəlxalq Teatr günü. YUNESKO və Beynəlxalq Teatr İnstitutunun
təşəbbüsü ilə 1961- ci ildən təqvimə salınıb.
28.Rus yazıçısı Maksim Qorkinin anadan olmasının 145 illiyi (1868-1936)
Kitabları: “Seçilmiş əsərləri” və s.
30.Şairə Fəridə Hacıyevanın anadan olmasının 60 illiyi (1953)
Kitabları: “Məni məndən alan dünya”, “Göylər pənahım mənim” və s.
31.Rus yazıçısı Aleksandr Ostrovskinin anadan olmasının 190 illiyi (1823-1886)
Kitabları: “Seçilmiş əsərləri” və s.
31.Azərbaycanlıların Soyqırımı günü. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri
arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın günüdür. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Aprel
1. Yazıçı Aqil Abbasın anadan olmasının 60 illiyi (1953)
Kitabları: “Ən xoşbəxt adam”, “Batmanqılınc” və s.
2. Beynəlxalq Uşaq Kitabı günü. Aprelin 2-də məşhur nağılçı Hans Xristian
Andersen anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını
alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə
Beynəlxaq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı
Günü kimi qeyd olunmağa başlayıb.
3. Alim, ictimai xadim Heydər Hüseynovun anadan olmasının 105 illiyi (1908-1950)
3-6. Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalı. (1993)
4. Ümumdünya İnternet günü. 1998-ci ildən II Papa (İohan Pavel) tərəfindən
keçirilir.
4. Xalq artisti, aktyor Əli Zeynalovun anadan olmasının 100 illiyi (1913-1988)
7. Ümumdünya Sağlamlıq günü. 1948-ci ildə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) yaradılması münasibətilə Ümumdünya Sağlamlıq
Günü təsis edildi. 1950-ci ildən isə Ümumdünya sağlamlıq günü hər il
7 aprel tarixində qeyd edilməyə başlandı.
10. Yazıçı Salam Qədirzadənin anadan olmasının 90 illiyi (1923-1987)
Kitabları: “Qış gecəsi”, “Yarpaqlar pıçıldaşır”, “46 bənöşvə”, “Sevdasız aylar”,
“Ülkər Aytəkin”, “Kəndimizdə bir gözəl var” və s.
12.Ümumdünya Aviasiya və Kosmonavtika günü. SSRİ Ali Sovetinin 9 aprel
1962-ci il tarixli qərarı ilə 12 - aprel kosmonavtika günü kimi elan olunub.
Bu günün keçirilməsinə səbəb Yuri
Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108
dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.
17.Xalq artisti, opera müğənnisi Lütfiyar İmanovun 85 illiyi (1928-2008)
17.Ədəbiyyatşünas, tənqidçi Vüqar Əhmədin anadan olmasının 50 illiyi (1963)
Kitabları: “Səyavuşun faciəsi”, “Şahnaz sədası”, “Hər kəsin öz səsi”, “Səsi Quran sədasıdı” və s .
18.Tarixi abidələrin mühafizəsi günü. Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş
qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
20. Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusiflinin anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Yolun düşsə Şirvana”, “Yollar hayana aparır”, “Ürəyimi sərdim günəşə”, “İlhamın kitabı” və s.
22.Ümumdünya Yer günü. Əvvəllər AĞAC günü kimi qeyd edilib.1882-ci ildə
ABŞ-ın Nebraska ştatında adı bu günün kecrilməsi ilə bağlı olan Corc
Mortonanın şərəfinə olaraq onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın
bayramı elan olunmuşdur. 1970- ci ildən YER kürəsi günü kimi dünyada qeyd olunur.
23.Ümumdünya kitab və müəllif hüquqları günü. YUNESKO-nun 1996-cı il
tarixli qərarına əsasən qeyd olunur.YUNESKO bu günü dünya şöhrətli dramaturqlar
Uilyam Şekspirin, Migel de Servantesin və yazıçı-tarixçi İnka Qarsilaso de
laVeqenin şərəfinə müəyyənləşdirib.
24. Xalq artisti, aktyor Həsənağa Turabovun anadan olmasının 75 illiyi (1938-2003)
26. Yazıçı, ədəbiyyatşünas Mir Cəlalın anadan olmasının 105 illiyi (1908-1978)
Kitabları: “Dirilən adam”, “Bostan oğrusu”, “Axundun iştəhası”, “Bir gəncin manifesti”, “Söyüd kölgəsi”, “Gülbəsləyən qız” və s.
27. Ümumdünya Qohumlaşmış Şəhərlər günü. Bu gün 1962-ci ildə Beynəlxalq
qohumlaşmış şəhərlər federasiyası tərəfindən təsis olunub və aprel ayının
axırıncı bazar günü qeyd olunur.
28. Şair, dilçi, publisist Adil Babayevin anadan olmasının 75 illiyi (1938-1977)
Kitabları: “Bəkir Çobanzadə”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Elimizin və elmimizin soyqırımı” və s.
28. Milli Təhlükəsizlik Orqanları İşçilərinin peşə bayramı günü.
Bu gün 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə qeyd olunur.
28. Akademik Zərifə Əliyevanın anadan olmasın 90 illiyi (1923-1985)
May
3. Beynəlxalq söz və mətbuat günü. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı
Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya
vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının
və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”
ni qəbul etdilər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq
Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara almışdır.
3. Xalq artisti, aktyor Kamal Xudaverdiyevin anadan olmasının 75 illiyi (1938-2008)
5. Şair Eyvaz Borçalının anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Üfüq yananda”, “Sevgi radiusu”, “Şah və qoca”, “Qızıl anlar”, “İllər...pillələr”, “Dünyanın tərkində”, “Durnalı göylər” və s.
8. Ümumdünya Qızıl Xaç və Qızıl Aypara hərəkatı günü. Beynəlxalq Qırmızı
Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara
Cəmiyyəti hər il Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara gününü qeyd edir. Digər
Milli Cəmiyyətlər kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gündə fürsətdən istifadə
edərək öz haqqında bütün ictimaiyyətə məlumat çatdırır, həmvətəndaşlarını əhalinin ən
zavallı təbəqələrinə və müxtəlif fövqəladə halların qurbanlarına köməklik göstərilməsi
vasitəsilə öz humanitar missiyasına qoşulmağa çağırır.
8. Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı. (1992)
9. Faşizm üzərində qələbə günü. İkinci dünya müharibəsi (1939-1945)
bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır.
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm
də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir.
Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi
yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və
qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər
şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç
dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit
SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı
Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov,
Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə,
generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və
bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
10.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi (1923-2003)
13.Xalq yazıçısı, dramaturq, tənqidçi Elçinin anadan olmasının 70 illiyi (1943)
Kitabları: “Min gecədən biri”, “Açıq pəncərə”, “Mahmud və Məryəm”, “Ölüm hökmü”, Dəlixanadan dəli qaçıb , “Humayın yuxusu” və s.
14.Şair Əli Qurban Dastançının anadan olmasının 85 illiyi (1928)
Kitabları: “Yetim Hüseyn dastanı”, “Səməd ağa dastanı”, “Söz dəyirmandakıdı”, “Çıraqqala dastanı” və s.
15.Şair, ədəbiyyatşünas Bəkir Çobanzadənin anadan olmasının 120 illiyi (1893-1937)
Kitabları: “Türk ədəbiyyatı”, “Qumik dili və ədəbiyyatı tədqiqləri” və s.
15.Beynəlxalq Ailə günü. BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli
qətnaməsinə uyğun olaraq hər il qeyd edilir.
17.Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğalı. (1992)
17.Şair Əhməd Mahmudun anadan olmasının 85 illiyi (1928)
Kitabları: “Yağış kəsir”, “Qatar gedir” və s.
18.Beynəlxalq Muzeylər günü. 18 may 1977-ci ildən təsdiq olunub və qeyd
olunur.
18.Ədəbiyyatşünas, tərcüməçi, biblioqraf Əmin Əfəndiyevin anadan olmasının 80 illiyi (1933)
Kitabları: “İmadəddin Nəsimi”, “İlyas Əfəndiyev” və s.
20.Dramaturq Rauf İsmayılovun anadan olmasının 90 illiyi (1923-1980)
Kitabları: “Gənc qəhrəman”, “Kiçikyaşlı təbiətşünaslar”, “Kiçik bağbanlar”, “Sənan və yoldaşları”, “Məktəb yollarında”, “Buruqlar arasında” və s.
22.Teatrşünas, tənqidçi Mehdi Məmmədovun anadan olmasının 95 illiyi (1918-1985)
Kitabları: “Böyük vətəndaş, dahi sənətkar”, “Həyat və sənət yollarında”, “Estetika haqqında söhbətlər”, “Rejissor sənəti” və s.
24.Xalq aristi, aktyor Fuad Poladovun anadan olmasının 65 illiyi (1948)
24.Ədəbiyyatşünas, tənqidçi Mustafa Quliyevin anadan olmasının 120 illiyi (1893-1938)
Kitabları: “Türk qadinin yolu”, “Cinayət nədir və haradan baş verir” və s.
24.Ədəbiyyatşünas, publisist Əli Mirzəyevin anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Klassik poeziya və müasirlik”, “Folklor və Azərbaycan uşaq poeziyası”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Vətən harayları” və s.
26.Ədəbiyyatşünas, tərcüməçi Elmira Axundovanın anadan olmasının 60 illiyi (1953)
Tərcümələri: V.Babanlı “Rastrevojnaya tişina”, B.Bayramov “Karavannaya doroqa”, M.Süleymanov “Dni minuvşiye” və s.
28.Azərbaycan Respublikası günü (1918). Azərbaycanın istiqlal günüdür.
1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin -
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Azərbaycan Xalq
Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə -
cəmi 23 ay mövcud olmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin
sessiyası dövlətin adını dəyişdirərək “Azərbaycan Respublikası” adlandırdı.
AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq olundu.
Həmin ilin mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi.
Iyun
1. Uşaqların Beynəlxalq Müdafiəsi günü. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası
tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin
edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların
beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.
5. Ətraf Mühitin Beynəlxalq Müdafiəsi günü. BMT-nin ətraf mühitlə bağlı
keçirilən konfransında (5-16 iyun 1972-ci il) Yaponiya və Seneqal dövlətlərinin
təklifi ilə təsis olunmuş, dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə
cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur.
5. Şair Mikayıl Müşfiqin anadan olmasının 105 illiyi (1908-1937)
Kitabları: “Küləklər”, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan”, “Vuruşmalar”, “Pambıq”, “Duyğu yarpaqları” və s.
6. Şair, dramaturq Tofiq Ağayevin anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Rozovıy olen”, “Volşebnıy xorey”, “Ya popuqaya ukusil”, “Smelıy Axmed”, “Krik kukuşki” və s.
10. Şair Əli Vəkilin anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Sona bulağı”, “Zəfər çələngi”, “Ata həsrəti”, “Göyərçinlər”, “Yeddi dağ”, “Ana qayğısı”, “Ədəbi dünya” və s.
11. Xalq artisti, aktrisa Hökümə Qurbanovanın anadan olmasının 100 illiyi (1913-1988)
12. Xalq artisti, aktyor Hacıbaba Bağırovun anadan olmasının 80 illiyi (1933-2006)
12. Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) anadan olmasının 85 illiyi (1928)
Kitabları: “Bizim qızlar”, “Dan ulduzu”, “Teleqram”, “Tütək səsi”, “Saz”, “İdeal”, “Məşhər” və s.
12. Xalq artisti, kinodramaturq Oqtay Mirqasımovun anadan olmasının 70 illiyi (1943)
12. Şair, yazıçı Əminə Tuncayın anadan olmasının 70 illiyi (1943)
Kitabları: “Günəş və dəniz”, “Xatirələr”, “Közərən məhəbbət” və s.
15. Milli Qurtuluş günü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyun ayında bu günü bayram elan etdi.
15. Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun anadan olmasının 95 illiyi (1918-2005)
16. Xalq artisti, aktyor Hacağa Abbasovun anadan olmasının 125 illiyi (1888-1975)
17. Tibb İşçiləri günü. Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına
əsasən hər il qeyd olunur.
17. Yazıçı Bayram İsgəndərlinin anadan olmasının 70 illiyi (1943)
Kitabları: “Günəş həmişə olacaq ”, “Balaca nağılçı” və s.
20. Xalq artisti, aktyor Əli Qurbanovun anadan olmasının 115 illiyi (1898-1962)
20. Ümumdünya Qaçqınlar günü. Bu günü qeyd etməklə BMT bütün dünyanı qaçqınların və köçkünlərin vəziyyətinə diqqət ayirmağa çalışır. Ümumdünya Qaçqınlar günü
2000-ci il 4 dekabr tarixində BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə müəyyən edilmişdir.
23. Dövlət qulluqçularının peşə bayramı. 2006-cı ilin may ayında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı günü elan edilib. Sərəncamda bildirilir ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixli “Dövlət qulluqçularının peşə bayramı günü” elan etməsi
faktı ilə əlaqədar bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınmışdır.
23. Şair Qasım Qasımzadənin anadan olmasının 90 illiyi (1923-1993)
Kitabları: “Bizim kənd”, “Bizim şəhər”, “Son görüş”, “İsmət”, “Aşıq gördüyünü çağırır”, “Daşdan keçən söz”, “Səndən ayrılalı” və s.
23. Şair Nigar Rəfibəylinin anadan olmasının 100 illiyi (1913-1981)
Kitabları: “Qoçaq Kərim”, “Kəndli və qurd nağılı”, “Anaların səsi”, “Bir cüt xurma”, “Məstanın balaları”, “Günəşin cavabı” və s.
26. Azərbaycan Silahlı Qüvvələri günü. 1918-ci il iyunun 26-da Azərbaycan
Demokratik Respublika hökümətinin qərarı ilə ilk müntəzəm hərbi hissə -
əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik
hökümətin öz ordusunun yaratmasına hüquqi əsas verdi. 1991-ci il oktyabrın
9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun
qəbul etdi. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən
26. Narkomaniya ilə Beynəlxalq Mübarizə günü. Narkomaniya ilə bağlı
problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT-nin
təşəbbüsü ilə 26 iyun 1987-ci ildən keçirilir.
28. Şair Vaqif Məmmədovun anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Yaşadacaq bu yol məni”, “Sədərək harayı”, “Erməni xəyanəti”, “Arazdan keçə bildim” və s.
Iyul
1. Dramaturq Firudin Aşurovun anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Qanlı çinar”, “Qəribə qız”, “Həyatdan qiymətli”, “Təranə”, “Gözəlin taleyi” və s.
2. Polis işçiləri günü. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ilə 24 may 1998-ci ildən qeyd olunur.
5. Şair Hüseyn Əzimin anadan olmasının 100 illiyi (1913-1987)
Kitabları: “Gəncliyimdən yadigar”, “Mən günəşə borcluyam”, “Dübəndi çayı” və s.
6. Tərcüməçi Şəfiqə Ağayevanın anadan olmasının 95 illiyi (1918-1983)
Tərcümələri: “Slavyan nağılları”, A.P.Çexov “Hekayələr”, “Vanka”, N.Nosov “Gizlənpaç” və s.
10. İngilis yazıçısı Ceyms Oldricin anadan olmasının 95 illiyi (1918-2011)
Kitabları: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” və s.
10. Şair Xəstə Bayraməlinin anadan olmasının 115 illiyi (1898-1952)
Kitabları: “Mənim Göyçəm” və s.
15. Tərcüməçi Mehdi Mirkişiyevin anadan olmasının 85 illiyi (1928-1992)
Tərcümələri: İ.Vazov “Səfillər”, N.Leskov “Gecə adamları”, R.Taqor “Seçilmiş əsərləri”, İ.S.Turgenev “Seçilmiş əsərləri” və s.
16. Xalq artisti, məşhur estrada müğənnisi Mirzə Babayevin anadan olmasının 100 illiyi (1913-2002)
19. Rus şairi Vladimir Mayakovskinin anadan olmasının 120 illiyi (1893-1930)
Kitabları: “Seçilmiş əsərləri”, “Mən” və s.
20. Ədəbiyyatşünas, tərcüməçi, dramaturq Akif Bayramovun anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Klassik irsimizdən”, “Azərbaycan klassik ədəbiyyatı alman dilində” və s.
20. Xalq artisti, aktyor, rejissor Ramiz Əzizbəylinin anadan olmasının 65 illiyi (1948)
22. Milli Mətbuat günü. Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda
qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail
olur. Bununla da milli mətbuatın əsası qoyulur və Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə milli mətbuat günü 1991-ci ildən "Əkinçi" qəzetinin
nəşrə başlandığı gün kimi qeyd olunmağa başladı.
23. Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı. (1993)
24. Ədəbiyyatşünas Abdulla Surun anadan olmasının 130 illiyi (1883-1912)
Əsərləri: “Türk ədəbiyyatına bir nəzər”, “Ədəbiyyat məcmuəsi” və s.
Avqust
1. Azərbaycan əlifbası və Azərbaycan dili günü. Azərbaycan Prezidenti H.
Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır və bu fərmana əsasən qeyd olunur.
2. Azərbaycan Kinosu günü (1898). Azərbaycan Respublikasının mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və 1898-ci il avqustun
2-də ilk kinosüjetlərin yaranmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qeyd olunur.
4. Xalq artisti, aktyor Ramiz Məlikovun anadan olmasının 70 illiyi (1943)
5. Hərbi donanma günü. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
1996-cı il 5 avqust tarixli fərmanına əsasən hər il qeyd olunur.
6.Şair, ədəbiyyatşünas Məhərrəm Qasımlının anadan olmasının 55 illiyi (1958)
Kitabları: “Bizim ellər yerindəmi”, “Vətən deyib gecə-gündüz ağlaram”, “El düzgüləri, elat söyləmələri” və s.
8. Xalq artisti, aktyor Rasim Balayevin anadan olmasının 65 illiyi (1948)
8. Şair, ədəbiyyatşünas Ənvər Əhmədin anadan olmasının 70 illiyi (1943)
Kitabları: “Nəslimiz”, “Anamın izləri”, “Oğullar və qartallar”, “Od qanı”, “Qanlı torpaq”, “Bu qılınc pas ata bilməz” və s.
10. Xalq rəssamı Kazım Kazımzadənin anadan olmasının 100 illiyi (1913-1992)
12. Ədəbiyyatşünas, tənqidçi İntiqam Qasımzadənin anadan olmasının 70 illiyi (1943)
Tərcümələri: K.Yaşen “Darmadağın; General Rəhimov; Namus və məhəbbət”, Ş.Rado “Dora” və s.
12. Tərcüməçi Kamil Məmmədovun anadan olmasının 90 illiyi (1923-1989)
Tərcümələri (rus dilindən): C.Rodari “Mavi oxun səyahəti”, K.D.Uşinski “Hekayələr və nağıllar”, V.Y.Vita “Qıpqırmızı at” və s.
12. Beynəlxalq gənclər günü. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq
konfransda hər il avqustun ayının 12-sinin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb.
14. Ədəbiyyatşünas, tənqidçi Kamal Talıbzadənin anadan olmasının 90 illiyi (1923-2006)
Kitabları: “Ədəbi irs və varislər”, “Vətəndaş şair”, “Sənətkarın şəxsiyyəti”, “Tənqid və tənqidçilər” və s.
16. Şair, yazıçı Qəşəm İsabəylinin anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Balaca-babbalaca”, “Əkil-bəkil”, “Üüü...”, “Nənəm təkdi”, “Şamaxı-Şam nağılı”, “Ay külək nə əsirsən” və s.
17. Ədəbiyyatşünas, tənqidçi Şamil Salmanovun anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Sabahınız xeyir, insanlar”, “Poeziyanın kamilliyi”, “Sanma taleyindən küskündür şerim” və s.
17. Xalq artisti, müğənni İlhamə Quliyevanın anadan olmasının 70 illiyi (1943)
18. Sərhədçilər günü. 1919-cu il avqustun 18-də Azərbaycan Parlamenti
“Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis
edilməsi haqqında” qanun qəbul etmişdir. Məhz bu qanunla da Azərbaycanda
sərhədçiliyin tarixi başlayıb. Bu tarixin yaşadılması isə ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 16 avqust 2000-ci il tarixli
sərəncamı ilə 18 avqust Sərhəd Qoşunlarının peşə bayramı günü kimi təsis edilmişdir.
23. Xalq artisti, aktyor Şahmar Ələkbərovun anadan olmasının 70 illiyi (1943-1992)
23. Fizuli rayonunun erməni qəsbkarları tərəfindən işğalı (1993)
23-26. Cəbrayıl rayonunun erməni qəsbkarları tərəfindən işğalı (1993)
24. Yazıçı Rəşid bəy Əfəndiyevin anadan olmasının 150 illiyi (1863-1942)
Kitabları: “Pul dəlisi”, “Qonşu qonşu olsa kor qızı ərə gedər”, “Uşaq bağçası”, “Bir saç telinin qiyməti” və s.
26. Beynəlxalq Azərbaycan Muğamı günü. Bu gün Niaqara şəhərinin meriyası və ənənəvi
olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilmişdir.
31. Qubadlı rayonunun erməni qəsbkarları tərəfindən işğalı (1993)
Sentyabr
1. Şair, yazıçı Əlağa Mərdanlının anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Tənha bülbülün nəğməsi”, “Pərvanə ömrü”, “Murad ağacı”, “Sən məni sevsəydin”, “Dan ulduzu” və s.
8. Dağıstan şairi Rəsul Həmzətovun anadan olmasının 90 illiyi (1923)
Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s.
9. Rus yazıçısı Lev Tolstoyun anadan olmasının 185 illiyi (1828-1910)
Kitabları: “Sevastopol hekayələri”, “Qafqaz əsiri”, “Kazaklar”, Anna Karenina” və s.
11. Xalq artisti, kinorejissor Muxtar Dadaşovun anadan olmasının 100 illiyi (1913-1998)
13. Xalq artisti bəstəkar Arif Məlikovun anadan olmasının 80 illiyi (1933)
15. Beynəlxalq Bilik günü. Azərbaycan Respublikası Prezidentinin 21 avqust
2004-cü il tarixli fərmanına əssən hər il ölkəmizdə qeyd olunur.
16. Tənqidçi, publisist Azər Turanın anadan olmasının 50 illiyi (1963)
Kitabları: “Behişt zəvvarı”, “Məkkədən-Mədinəyə”, “Ölüm süvarisi” və s.
18. Milli Musiqi günü. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə
dahi bəstəkarın Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində
20. Neftçilər günü. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
1994-cü il 20 sentyabr tarixli fərmanı ilə hər il qeyd olunur.
21. Beynəlxalq Sülh günü. BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün
dünyada qeyd olunur.
21. Şair, yazıçı Nurəngiz Günün anadan olmasının 75 illiyi (1938)
Kitabları “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua” və s.
23. Xalq artisti, opera müğənnisi Firəngiz Əhmədovanın anadan olmasının 85 illiyi (1928-2011)
25. Yazıçı Şəmistan Əsgərovun anadan olmasının 100 illiyi (1913-1985)
Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Bağışlanılmaz səhv”, “Üç düşmən”, “Ayna” və s.
Oktyabr
1. Beynəlxalq Ahıllar günü. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların
müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə
uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş,
həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur. Respublikamızda 1993-cü
ildən başlayaraq hər il qeyd olunur.
1. Beynəlxalq Musiqi günü.
1-7. Müəllim günü.
5. Ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlunun anadan olmasının 85 illiyi (1928-1973)
Kitabları: “Məfkurə dostları”, “Ədəbiyyatda yeni insan”, “Məslək qardaşları”, “Məhəbbət və qaranlıq”, “Amal və sənət” və s.
6. Yazıçı, publisist, tənqidçi, tərcüməçi Vəli Həbiboğlunun anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Birgə xaqan”, “Mete xaqan”, “Tanrı qılıncı-Atilla” və s.
9. Ümumdünya poçt günü. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin
nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan “Bern sazişi” imzalanıb.
1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt Birliyi adlandırılır.
Azərbaycan 1993-cü ilin aprelində ÜPB-nin üzvlüyünə qəbul olunub.
10. Yanğınsöndürənlərin peşə bayramı. Azərbaycan Demokratik
Respublikasında 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində
Bakı Yanğın Komandasının təsis edilməsini əsas tutaraq Azərbaycan Respublikası
Prezidentinin 5 oktyabr 2002-ci il tarixli qərarına əsasən hər il bu gün qeyd olunur.
11. Yazıçı Emil Ağayevanın anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Atalardan soruşun”, “Oğurlanmış vəzifə” və s.
12. Yazıçı Rəhimə Zeynalovanın anadan olmasının 95 illiyi (1918)
Kitabları: “Hekayələr”, “İki ürək”, “Qonşular” və s.
10. Şair, publisist, tənqidçi Əjdər Ağayevin anadan olmasının 75 illiyi (1937)
Kitablar: “Tikdim ki, izim qala”, “Bala dadı, bal dadı”, “Ceyran nənəm”, “Gəlirəm,
gözlə məni”, “Sabaha inamla” və s.
16. Yazıçı Gülhüseyn Hüseynoğlunun anadan olmasının 90 illiyi (1923)
Kitabları: “Bir ömrün çıraqları”, “Nigarançılığın sonu”, “İtmiş keçi”, “Simic”, “Çətin yol”, “Kişi kimi” və s.
16. Şair, publisist İslam Sadığın anadan olmasının 60 illiyi (1953)
Kitabları: “Torpaq səxavəti”, “Leyla bulağı”, “Analar anar, ağlar” və s.
18. Ədəbiyyatşünas, Mirəli Seyidovun anadan olmasının 95 illiyi (1918)
Kitabları: “Sayat Nova”, “Qövsi Təbrizi”, “Yaz bayramı” və s.
18. Dövlət Müstəqilliyi günü (1991). 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı" qəbul olundu və həmin ildən qeyd olunur.
20. Energetiklərin peşə bayramı. 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin
göstərişi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci blokunun işə
düşməsi ilə bugünkü müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin əsası qoyulub.
2004-cü ildə ölkə başçısı İlham Əliyevin qərarına əsasən 20 oktyabr ölkə energetiklərinin
peşə bayramı kimi qeyd olunur.
20. Şair Əhməd Cəmilin anadan olmasının 100 illiyi (1913-1977)
Kitabları: “Yadigar”, “Əsgər qardaşıma”, “Şaxta baba”, “Can nənə, bir nağıl de”, “Balıqçı gəmiləri”, “Vaxtında gəlmişik bu dünyaya biz” və s.
21. Beynəlxalq Millətlər Təşkilatının yaranma günü. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-nın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış
və həmin ilin oktyabr ayının 24-də qüvvəyə minmişdir. Odur ki, 24 oktyabr betnəlxalq aləmdə BMT günü kimi qeyd olunur.
21. Beynəlxalq Məktəb Kitabxanaları günü. 26 oktyabr 1999-cu ildən qeyd
olunur.
24. Beynəlxalq İnformasiya günü. 9 dekabr 1972-ci il tarixində BMT tərəfindən Beynəlxalq İnformasiya günü təyin edildi. Assambleya belə qərara gəldi ki,
həmin gün mütləq BMT-nin günü ilə üst-üstə düşməlidir. Bu səbəbdən məhz 24 oktyabr tarixi seçilmiş oldu.
25. Xalq artisti, aktyor Mirzağa Əliyevin anadan olmasının 130 illiyi (1883-1954)
26. Yazıçı, publisist, dramaturq Ağarəhim Rəhimovun anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Allahla ünsiyyət”, “Ölüm və ölməzlik”, “Qüdrətdən doğan nur”, “Canavar balası” və s.
30.Yazıçı Əli Əmirlinin anadan olmasının 65 illiyi (1948)
Kitablari: “Bir qış günü”, “İldırımötürən”, “Haram”, “Ölü doğan şəhər” və s.
29-30.Zəngilan rayonunun ermənil qəsbkarları tərəfindən işğalı (1993)
Noyabr
2. Şair, publisist Muxtar Əhmədin anadan olmasının 65 illiyi (1948)
Kitabları: “Analar yanar ağlar”, “İçimdən bir haray keçdi” və s.
6. Televiziya və Radio günü. 1895-ci ildə rus fiziki A. S. Popov radioqəbuledici
və radioötürücü aparatı icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan
alimi Qulyelmo Markoniyə aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir.
Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu
1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır.
Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. Azərbaycanda ilk televiziya
verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxmışdır.
7. Şair, yazıçı Maqsud Şeyxzadənin anadan olmasının 105 illiyi (1908-1967)
Kitabları: “Üçüncü kitab”, “Ündaşlarım”, “Yeni divan”, “Daşkəndnamə”, “Mirzə Uluqbəy” və s.
8. Bakı Metropoliteni işçilərinin peşə bayramı. Azərbaycan Prezident İlham
Əliyevin 2006-cı ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 8-i metropoliten
işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
9. Dövlət Bayrağı günü. Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin faktı
nəzərə alaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevralın 5-də indiki
üçrəngli və ayulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci
maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı
Günü elan olunur və qeyd edilir.
8. Rus yazıçısı İ.S.Turgenevin anadan olmasının 195 illiyi (1818-1883)
Kitabları: “Ata və oğullar”, “Mumu”, “Ovçunun xatirələri” və s.
10. Ümumdünya Gənclər günü. Bu günün qeyd olunması barədə qərar
ümumdünya demokratik gənclər federasiyası tərəfindən 1945-ci ilin 29 oktyabr -10
noyabrda Londonda keçirilmiş konfransda qəbul edilib.
11.Şair, dramaturq Mirmehdi Seyidzadənin anadan olmasının 105 illiyi (1907-
1976)
Kitablar: “Keçəl Səməd”, “Qorxmaz”, “Bağçamız”, “Yeni il hədiyyəsi”,
“Sirli çeşmə”, “Ulduzlar səpələnir”, “Həyat eşqi”, “Nərgiz” və s.
12. Konstitusiyası günü. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı
referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını
qəbul etdi və həmin ildən qeyd olunmağa başlandı.
13. Beynəlxalq Korlar günü. Umumdunya Səhiyyə Təşkiilatı tərəfindən
qəbul edilib.
15. Ədəbiyyatşünas, tənqidçi Firidun Hüseynovun anadan olmasının 80 illiyi (1933-1986)
Kitabları: “XX əsr Azərbaycan ədəbiyyatı”, “Adi əhvalatlarda böyük həqiqətlər”, “Satirik gülüşün qüdrəti” və s.
16. Beynəlxalq tolerantlıq günü. 1995-ci ildə YUNESKO-nun 50 illiyi
münasibətilə noyabrın 16-sı Beynəlxalq Tolerantlıq günü kimi təsis edilib.
Bu günü təsis etməkdə məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş
etdirərək mehriban qonşular kimi yaşamağa çağırmaqdır. Respublikamızda 1998-ci
ildən qeyd olunur.
17. Milli Dirçəliş günü. Bu gün Azərbaycan Respublikası Prezidentinin
sərəncamına əsasən milli-azadlıq hərəkatının başlanğıc günü kimi 1992-ci
ildən qeyd olunur.
19. Ümumdünya fəlsəfə günü.2002-ci ildən noyabr ayının 3-cü həftəsində
YUNESKO-nun qərarı ilə qeyd olunur.
20. Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü. Bu gün BMT tərəfindən
təsis olunub və 20 noyabr 1959-cu ildən geyd olunur.
20. Xalq artisti, aktyor Həsən Məmmədovun anadan olmasının 75 illiyi (1938-2003)
22. Xalq artisti, kinorejissor Rasim Ocaqovun anadan olmasının 80 illiyi (1933-2006)
22. Yazıçı, dramaturq Firidun Ağayevin anadan olmasının 95 illiyi (1918-1981)
Kitabları: “Qayıq dənizə çıxır”, “Qardaşlar”, “Səni düşünürəm”, “İldırım dənizə çaxır”, “Mən uşaq olmamışam” və s.
23. Yazıçı Əmrah Əmrahovun anadan olmasının 90 illiyi (1923-1988)
Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Əbədi şöhrət”, “Ulduzlar gecə parlar”, “Tapılmış kitab”, “Dağ bənövşəsi”, “Nailənin sevinci” və s.
25. Yazıçı, dramaturq İmran Qasımovun anadan olmasının 95 illiyi (1918-1981)
Kitabları: “Xəzərin şəfəqləri”, “Uzaq sahillərdə”, “İllər keçir” və s.
26.Ümumdünya İnformasiya günü. 1994-cü ildən Beynəlxalq
Məlumatlandırma Akademiyasının təklifi ilə BMT-nin İqtisad və Sosial Məsləhət
Şurası tərəfindən həyata keçirilir.
25. Xalq rəssamı Tahir Salahovun anadan olmasının 5 illiyi (1928)
30.Beynəlxalq İnformasiyanın Müdafiəsi günü. 1988-ci ildən Amerikanın
Kompüter Avadanlıqları Assosiasiyası tərəfindən keçirilir.
Dekabr
1. Beynəlxalq QİÇS-lə (SPİD) mübarizə günü. 1996-cı ildə Azərbaycan
Parlamenti “İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS)
yayılmasının qarşısının alınması” haqqında Qanun qəbul etmişdir. Dünyanı bu
müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin qərarı ilə 1 dekabr
1988-ci ildən QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir.
2. Şair Zeynal Vəfanın anadan olmasının 75 illiyi (1938)
Kitabları: “ Mənim körpə çinarım”, “Qəlbimin səsi”, “Körpələrin xatirinə”, “Beşiklərdən gələn səslər” və s.
3. Beynəlxalq Əlillər günü. 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi
dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması
haqqında bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin
həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
6. Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı.
7. Ümumdünya mülki aviasiya günü.
9. Yazıçı, tənqidçi Cəlal Məmmədovun anadan olmasının 90 illiyi (1918-1983)
Kitabları: “Mərziyə Davudova”, “Ələsgər Ələkbərov”, “Nuranə” və s.
10. Ümumdünya İnsan Hüquqlarının müdafiəsi günü. BMT Baş Məclisinin
təşəbbüsü ilə 1950-ci ildən qeyd olunur.
11. Xalq yazıçısı Bayram Bayramovun anadan olmasının 95 illiyi (1918-1944)
Kitabları: “Tək adam”, “Yarpaqlar”, “Sənsiz”, “Arakəsmələr”, “Yasəmən”, “Onun gözləri”, “”Qaşsız üzük”, “Karvan yolu”, “Çox sözdən sonra” və s.
12. Xalq artisti, aktyor Abbas Mirzə Şərifzadənin anadan olmasının 120 illiyi (1893-1938)
12. Qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 85 illiyi (1928-2008)
Kitabları: “Qiyamət”, “Əlvida, Gülsarı”, “Köşək gözü” və s.
14. Uşaqların Beynəlxalq Televiziya və Radio günü. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin
Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər
ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq
Televiziya və Radio günü bayram edilir.
21. Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 90 illiyi (1923-2008)
21. Şair, tərcüməçi Ələkbər Ziyatayın anadan olmasının 100 illiyi (1913-1982)
Kitabları: “Məhəbbət sınağı”, “Həyat mahnıları”, “Bakı gecələri”, “Şerə dönən duyğular” və s.
21. İtalyan bəstəkarı Cakoma Puççininin andan olmasının 155 illiyi (1858-1924)
22. Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin anadan olmasının 95 illiyi (1918-1944)
23. Yazıçı Yasif Nəsirlinin anadan olmasının 75 illiyi (1938-2012)
Kitabalrı: “Araz daşan yerdə”, “Qırmızı qərənfil”, “Adsız təpə”, “Bolluq yaradanlar”, “Ömür” və s.
27. Xalq artisti, aktrisa Safurə İbrahimovanın anadan olmasının 75 illiyi (1938)
28. Şair İbrahim Kəbirlinin anadan olmasının 95 illiyi (1918-1995)
Kitabları: “Gəncliyim”, “İmtahan”, “Adsız adam”, “İnsan sevinmir”, “Mənim qismətim”, “Ürəyimlə görürəm” və s.
31. Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun anadan olmasının 80 illiyi (1933)
Kitabları: “Təbiət hekayələri”, “Alleqoriya və təmsillər” və s.
31. Dünya Azərbaycanlıların həmrəylik günü. Ümummilli liderimiz Heydər
Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının
Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını
əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın
25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik
günü kimi qeyd edilsin.
- Dövlət xadimi Uzun Həsənin anadan olmasının 590 illiyi (1423-1478)
- Azərbaycan təbiətşünas alimi, filosof, məntiqçi Siracəddin Urməvinin anadan
olmasının 815 illiyi (1198-1283)
- Kitabları: “Nurların doğuşları”, “Hikmət incəlikləri” və s.
- Dövlət xadimi Cavad xanın anadan olmasının 265 illiyi (1748-1804)
- Azərbaycan şairi Məhəmmədbağir Xalxalinin anadan olmasının 190 illiyi (1823-1901)
- Şair, ədəbiyyatşünas Mir Möhsün Nəvvabın anadan olmasının 180 illiyi (1833-1918)
Kitabları: “Təzkireyi-Nəvvab”, “Kifayətül-ətfal” və s.
- Azərbaycanın ən iri sahibkarlarından və xeyriyyəçilərindən biri Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 190 illiyi (1823-1924)
- Yazıçı, maarifçi Zeynalabdin Marağayinin anadan olmasının 175 illiyi (1838-1910)
Kitabları: “İbrahim bəyin səyahətnaməsi” və s.
- Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 145 illiyi (1868-1941)
Kitabları: “Aşıqlar”, “Qoşmalar”, “Şerlər” və s.
- Memar Zivərbəy Əhmədbəyovun anadan olmasının 140 illiyi (1873-1925)
- Şair, ədəbiyyatşünas, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzminin anadan olmasının 135 illiyi (1878-1946)
Kitabları: “Sijimqulunamə”, “Bəlkə bu yaxşı oldu”, “Üç məşədi” və s.
- Şair, pedaqoq Hacı Kərim Sanılının anadan olmasının 135 illiyi (1878-1937)
Kitabları: “Dəli öküz”, “Meymun və ilan”, “Turut qaçaqları” və s.
- Şair, ədəbiyyatşünas Əliabbas Müznibin anadan olmasının 130 illiyi (1883-1938)
Kitabları: “Uşaqlara ibrət”, “Əməl çiçəyi”, “Çəkməsilən”, “Tikan kolu”, “Uşaq yanğısı”, “Yusif və Züleyxa” və s.
- Yazıçı Qantəmirin anadan olmasının 125 illiyi (1888-1944)
Kitabları: “Şarlatan”, “Ağıl dəryası”, “Kolxozustan” və s.
- Şair, ədəbiyyatşünas, tənqidçi Əmin Abidin anadan olmasının 115 illiyi (1898-1937)
Əsərləri: “Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Türk ədəbiyyatında bayati-nami növü”, “Azərbaycan ədəbiyyatının qədim abidələrindən” və s.
- Yazıçı, publisist, tərcüməçi Əvəz Sadığın anadan olmasının 115 illiyi (1898-1956)
Kitabları: “Xatirələr”, “Yeni gün”, “Zərqələm”, “Qərənfil” və s.
- Ədəbiyyatşünas, nasir Əhliman Axundovun anadan olmasının 110 illiyi (1903-1977)
Kitabları: “Yeddi qardaş nağılı”, “İsrafil pəhləvan”, “Qudurğan Qurban”, “Hiyləgər keçi”, “Qarışqa və göyərçin” və s.
- Şərqdə ilk Azərbaycan operası olan “Leyli və Məcnun”un 105 illiyi (1908)
- Yazıçı, şair Şəmşad Rzanın anadan olmasının 75 illiyi (1938)
Kitabları: “Düşüncələr”, “Çəkic səsləri”, “Elşən və dovşan” və s.
- “Azərbaycan” jurnalının 90 illiyi (1923)
- “Göyərçin” jurnalının 55 illiyi (1958)
- Qurban bayramı. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının
bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
- Ramazan bayramı. İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu batramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
100 il Hüseyn Cavid “Ana Tiflis”, “Keçmiş günlər” (1913)
100 il Yusif Vəzir Çəmənzəminli “Arvadlarımın halı”, “Qanlı göz yaşları”, “Həyat səhifələri”, “Cənnətin qəbzi” (1913)
100 il Əliabbas Müznib “İstər ağla, istər gül”, “Sibriya məktubları”, “Tikan kolu”, “Uşaq yangısı” (1913)
100 il Abdulla Şaiq “Kimdir haqlı”, “Murad”, “Şələquyruq” (1913)
90 il Süleyman Sani Axundov “Eşqin nəticəsi” , “İki yol, yaxud Məhəmməd Əmin Azəri”(1923)
90 il Əbdürrəhim bəy Haqverdiyev “Padşahın məhəbbəti” (1923)
85 il Taği Şahbazi Simürğ “Azadlıq üçün cinayət” (1928)
80 il Əbülhəsən “Dünya qopur”, “Yoxuşlar” (1933)
80 il Fövzi Əbdülbaqi “Qaçay” (1933)
80 il Mehdi Hüseyn “Daşqın” (1933)
80 il Mirmehdi Seyidzadə “Neftə doğru” (1933)
80 il Məmməd Rahim “İkinci kitab” (1933)
80 il Sabit Rəhman “Şirin bülbül”, “Vəfasız” (1933)
80 il Əvəz Sadıq “Xatirələr” (1933)
80 il Taği Şahbazi Simürğ “Düşmənlər” (1933)
75 il Əyyub Abbasov “Günəşli yollar” (1938)
75 il Cahanbaxış “Xanəndə, eşşək və oynağan dəvə” (1938)
75 il Abdulla Faruq “Qızıl əsgər şeirləri” (1938)
75 il Cahangir Gözəlov “Seylan”, “Mollanın kələyi”, “Tülkü və dələ” (1938)
75 il Dadaş Məmmədzadə “Sərhəddə” (1938)
75 il Mir Cəlal “Axundun iştəhası” (1938)
75 il Əliağa Vahid “Mollaxana” (1938)
75 il Əli Vəliyev “Qarlı dağlar” (1938)
75 il Əbil Yusif “Zümrüd muzeyi” (1938)
70 il Əhməd Cəmil “Can nənə, bir nağıl de” (1943)
70 il Nigar Rəfibəyli “Kəndli və qurd” (1938),
70 il Nigar Rəfibəyli “Zəfər nəğməsi” (1943)
70 il Osman Sarıvəlli “Şairin hədiyyəsi” (1943)
65 il Balaş Azəroğlu “Şerlər” (1948)
65 il Adil Babayev “Ürək nəğməsi” (1948)
65 il Seyfəddin Dağlı “Dəniz kəşfiyyatçısı” (1948)
65 il Mikayıl Rzaquluzadə “El gücü” (1948)
65 il Manaf Süleymanov “Yerin sirri” (1948)
60 il Həbibə “Kiçik hekayələr” “(1953)
60 il Əliağa Kürçaylı “Arifin başçası” (1953)
60 il Qasım Qasımzadə “Bizim şəhər” (1953)
60 il Salam Qədirzadə “Gənclik” (1953)
60 il Tofiq Mütəllibov “Bəxtəvər uşaqlar” (1953)
60 il Həsən Seyidbəyli “Kür sahillərində” (1953)
60 il Şəhriyar “Heydərbabaya salam” (1953)
60 il Əli Tudə “Şimal həsrəti” (1953)
60 il Bəxtiyar Vahabzadə “Dostluq nəğməsi” (1953)
55 il Eynulla Ağayev “Dəcəllər” (1958)
55 il Aslan Aslanov “Səni düşünürəm” (1958)
55 il Ələviyyə Babayeva “Kənd yolları” (1958)
55 il Cəlal Bərgüşad “Bozatın belində” (1958)
55 il İsgəndər Coşğun “Gəmidə söhbət” (1958)
55 il Xanımana Əlibəyli “Meşə həkimi” (1958)
55 il Cəmil Əlibəyov “Lənkəran” (1958)
55 il Cəmşid Əmirov “Sahil əməliyyatı” (1958)
55 il Bayram Həsənov “Qardaşlar” (1958)
55 il Gülhüseyn Hüseynoğlu “Bir ömrün çıraqları” (1958)
55 il Nəbi Xəzri “Vətən və qürbət” (1958)
55 il Cabbar Məcnunbəyov “Dostların kələyi” (1958)
55 il Davud Ordubadlı “Ana yurdu” (1958)
55 il Hüseyn Razi “Kəndimizin səhəri” (1958)
55 il Reyhan Salamova “Nədən qorxdular” (1958)
55 il Oqtay Salamzadə “Bizim nəsil” (1958)
55 il Hüseyn Şərif “Qızıl güllü xalça” (1958)
55 il Altay Yusifoğlu “On birinci açar” (1958)
55 il Atif Zeynallı “Sahildə” (1958)
50 il Anar “Bayram həsrətində” (1963)
50 il Bayram Bayramov “Sənsiz” (1963)
50 il Əzizə Cəfərzadə “Natəvan haqqında hekayələr” (1963)
50 il Əfqan “Sən tək deyilsən” (1963)
50 il Cahan Əfruz “İki bayram” (1963)
50 il Əkrəm Əylisli “Dağlara çən düşəndə” (1963)
50 il Əlibala Hacızadə “Unutmaq olmur” (1963)
50 il Fərman Kərimzadə “Ömrümüz-günümüz” (1963)
50 il Hüseyn Kürdoğlu “Səhər nəğmələri” (1963)
50 il Fikrət Qoca “Qağayı” (1963)
50 il Tofiq Mahmud “Buzovna qayaları” (1963)
50 il Famil Mehdi “Sadə sətirlər” (1963)
50 il Cabir Novruz “İnsan məhəbbəti” (1963)
50 il Fikrət Sadiq “Cığır” (1963)
50 il Nəriman Süleymanov “Qaraçı qızı” (1963)