8 dekabr 2010-cu ildə kitabxananın oxu zalında "Sonuncu ölən ümidlərdir" romanı ilə populyarlıq
qazanan və "Kitab klubu"nun 2009-cu il reytinqində ən çox oxunan azərbaycanlı yazıçı kimi birincilik
qazanan Varis ilə oxucuların görüşü oldu. Kitabxananın oxu zalında yazıçının bütün kitabları üçün
işlətdiyi deviz asılmışdı: “Kitab oxumağın vaxtı yetişdi”.Tədbiri kitabxananın direktor müavini
Zahirə xanım Dadaşova açaraq Varisin yeni çapdan çıxmış üçüncü kitabını təqdim etdi.
Tədbirdə 193, 28 saylı məktəbin şagirdləri, kitabxanaçılar, ADPU-nun , Qızlar seminariyasının
tələbələri iştirak edirdi. Varislə görüşün təşkili sırf oxucularımızın istəyi ilə olduğundan
tədbir maraqlı keçdi. Oxucuların verdiyi sualları yazıçı cavablandırdı, Oxucuların ifasında N.Kəsəmənlinin
“Xatırlatma mənə sən” şeiri , “Sənə inanıram” kitabından proloq hissə səhnəcik şəklində səsləndi.
Tədbirin sonunda yazıçıya qələm dəsti hədiyyə olundu. Ən yaxşı kitabxanaçı sualına görə müəllif
öz kitabını xidmət şöbəsinin müdiri İ.Gülçöhrə xanıma, ən yaxşı oxucu sualına görə isə 28 saylı
məktəbin VIII sinif şagirdi R.Quliyevə təqdim etdi. Yazıçı öz kitablarından hərəsindən beş nüsxə
olmaqla kitabxanaya hədiyyə etdi, görüşlə bağlı öz fikirlərini bildirərək təşəkkür etdi.
Tədbirin şəkilləri
Bütün xəbərlər