Noyabır ayının 22-də Səbayıl rayonun 16 saylı Texniki və Humanitar liseyndə
Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 21-ci ildönümü və Ombusmanın uşaq
hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir kecirdi. Tədbir Azərbaycanın
Dövlət Himni ilə başladı. Sonra məktəbin direktoru Ülviyyə xanım, kitabxananın incəsənət
şöbəsinin müdiri Nazilə xanım tədbirlə bağlı çıxış etdilər. Çıxışlarında əsasən uşaqların
təkcə məktəb daxilində hüquqlarının qorunmasından deyil, ümumiyyətlə Uşaq Hüquqların Konvensiyası
daxilində qəbul olunmuş bütün hüquqlar haqqında maraqlı məlumat verdilər. VIII və IX sinif şagirdləri
uşaq hüquqları ilə bağlı cıxışlar və onların hüquqlarının pozulması ilə bağlı səhnəcik göstərdilər.
Uşaqlardan Hüseynov Dilavər, Babayev İbrahim, Cəmilə Həyatova, Babayeva Nigar öz cıxışlarını musiqi,
şeir və rəqs ilə bəzədilər. Azərbaycanda Uşaq və Gənclərin Sülh şəbəkəsinin sədri Mehriban xanım tədbirdə
iştirak edirdi. Şəbəkənin üzvü olan Nazinka Mehdili öz təşkilatları haqqında uşaqlara məlumat verdi.
Tədbirin sonunda F. Köçərli adına kitabxananın İncəsənət şöbəsinin müdiri Nazilə xanım şagirdlərə
“Siz öz hüquqlarınızı bilirsinizmi?” adlı bukletləri, kitabxananın bələdçisini təqdim etdi, uşaqları
məktəbin foyesində təşkil etdikləri “Uşaq hüquqları konvensiyası” adlı sərgiyə baxmağa dəvət etdi.
Tədbirin şəkilləri
Bütün xəbərlər