13 oktyabr 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında kitabxana işçiləri üçün uşaq hüquqları ilə bağlı treninq mühazirə keçirildi. Maariflənmə məqsədi daşıyan bu tədbirin aparıcıları uşaq hüquqları üzrə müvəkkil, beynəlxalq əlaqələr sektorunun müdiri – Zaur Zamanov, hüquqi maarifləndirmə sektorunun müdiri, böyük məsləhətçi – Faiq Ağayev idi. Tədbiri keçirməkdə məqsəd 17-21 noyabr tarixlərində kitabxananın keçirəcəyi hüquq həftəsi ilə bağlı məlumatların tam əldə edilməsi idi.
Tədbirdə konvensiyanın ayrı-ayrı maddələri, Yuvenal ədliyyə, uşaq hüquqları klinikası və s. mövzular üzrə diskussiya oldu. Verilən bütün suallar cavablandırıldı.
Bütün xəbərlər