Ekologiyamızın qorunması ilə əlaqədar “Planetin ən yaxşı müdafiəçisi” adlı aksiya keçirilmişdir. Aksiyanı keçirməkdə məqsədimiz istifadə olunmuş, köhnəlmiş, atılası batareyaların yığılması idi. Kitabxanaya yaxın bütün yaşayış evlərinin girəcəyinə aksiyanın elanı vuruldu. Bu günə qədər təxminən 200-dən çox batareya toplanmışdır. Aksiyanın müddəti dekabrın 15-nə qədərdir.
Ən çox batareya(50 ədəd) gətirən birinci oxucumuz – 164 saylı məktəbin V sinif şagirdi Fətullayeva Solmaz maraqlı kitablar əldə etməklə hədiyyə qazandı.
Qeyd: Torpağa düşən bir batareya 20 kv.metr sahəni zəhərləyir, hansı ki, belə bir ərazidə iki ağac, bir kirpi, iki köstəbək və torpağın münbitləşməsində böyük rol oynayan minlərlə soxulcanlar yaşaya bilir. Batareyanın tərkibində qələvi, qurğuşun, sink və digər insan sağlamlığına zidd olan elementlər çoxdur. Həmin elementlər ilk növbədə torpağa düşür, sonra isə qrunt sularına, çaylara keçir, ağaclara, bitkilərə keçir, oradan da heyvanların orqanizminə daxil olur. Bu səbəbdən də bütün sivil dövlətlərdə istifadə olunmuş batareyalar yığılır, ümumi zibilliyə atılmır.
Bütün xəbərlər