20 may 2009-cu ildə Azərbaycan Respublikası Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında II Uşaq Kitabı Festivalının incəsənət günü keçirildi. Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyinə həsr olunan “Təbiət ilhama çağırır bizi” adlı rəsm müsabiqəsinin qalibləri (Kərimova Ayan – I yer, Kərimova Ləman – II yer, Quliyeva Fidan – III yer, Minosazova Fizurə - IV yer) diplom və hədiyyələrlə mükafatlandılar. Onların imperisionist stildə çəkdiyi şəkillər münsiflər heyəti tərəfindən alqışlandı. Tədbirdə S.Bəhlulzadənin tələbəsi Əlisəttar- Azərbaycanın əməkdar rəssamı, S.Bəhlulzadənin büstünü düzəldən Nəriman Məmmədov, əməkdar rəssam Namiq Dadaşov, Media və Təhsil İnnovasiyaları İctimai Birliyinin nümayəndələri və sədri – Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səidə Hüseynova və digər qonaqlar iştirak edirdi. Tədbir konsert proqramı ilə başa çatdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva festivalın kiçik hədiyyəsi və diplomunu gimnaziyanın direktoru Mahuzər Şabanbəyovaya təqdim etdi.
Bütün xəbərlər