11 iyul Ümumdünya Şokolad günü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz oxucuları üçün 13 iyul 2016-cı il tarixdə “Ulduz” şokolad fabrikinə ekskursiya təşkil etdi.
Fabrikin əməkdaşları ekskursiya iştirakçılarına şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verdilər. Daha sonra uşaqlarla birgə bütün istehsal sahəsi üzrə gəzinti təşkil edildi, hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradıldı. Həmçinin, ekskursiya iştirakçılarına “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olundu.
Qeyd edək ki, bu gün ilk dəfə olaraq 1995-ci ildə fransızlar tərəfindən düşünülüb. Şokolad günündə dünyanın bir çox ölkələrində bu bayrama həsr edilmiş tədbirlər keçirilir. Bu gün şokoladın hazırlandığı fabrik, zavod və ya şirniyyat müəssisələrində olmaq maraqlıdır. Bu tədbirlərdə şokoladın nədən, necə hazırlandığı barədə danışılır, müsabiqələr, sərgilər keçirilir. Bayram şərəfinə verilən ustad dərslərində isə özünüzü bu günlərdə “şokoladçı” kimi də sınaya bilərsiniz.


Tədbirin səkilləri
Bütün xəbərlər