9 fevral 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik yaş qrupu üzrə bölmə müdiri Almaz Əşrəfova 21 fevral Beynəlxalq ana dili günü münasibətilə Binəqədi rayonundakı 244 saylı məktəbin 2-ci sinif şagirdləri ilə “Şirindir ana dilim” adlı söhbət keçirdi. Söhbətdə qeyd etdi ki, mənim ana dilim o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Söhbətdə B.Vahabzadənin, S.Vurğunun, F.Köçərlinin və digər yazıçı, şairlərin əsərlərindən nümunələr gətirilmiş, dilimizin daim yad sözlərdən qorunması vurğulanmışdır.


Tədbirin səkilləri
Bütün xəbərlər