Tədbirin səkilləri
15 dekabr 2015-ci il tarixində Yazıçılar İttifaqında Gülzar İbrahimova (Gülzar nənə) ilə görüş keçirildi. Gülzar İbrahimova ”Kicik Dünya” Uşaqların Maariflənməsinə Kömək İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədridir. Həmçinin, birliyin nəzdində acılmış “Sehirli Dünya” uşaq jurnalının baş redaktorudur. Roman, povest, hekayə, nağıl, mənsur şeir, miniatür, şeir, təmsil, tapmaca, yumoristik hekayə və bir çox səpgidə yazıların müəllifidir. Gülzar xanım neçə illərdir ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası ilə əməkdaşlıq edir. Görüşdə bir sıra yazıçılar, şairlər, kitabxana əməkdaşları, məktəblilər iştirak edirdi. Tədbirin özəlliyi ondan ibarət idi ki, bu dəfə dəyirmi masa ətrafına böyüklər yox, uşaqlar əyləşmişdi. Bu uşaqlar “Sehrli dünya” jurnalının daimi oxucuları, müsabiqə qalibləri idi. Müsabiqə ən yaxşı hekayə, şeir yaza bilən məktəblilər arasında təşkil olunmuşdu. Uşaqların yazdığı hekayələr bəzən öz təxəyyülləri əsasında, bəzən də, həyatdan götürülmüş obrazlarla təsvir olunmuşdu. Tədbirdə olarkən biz kiçik uşaqların böyük dünyalarına qonaq olduq. Onlar ən yaxşı şeirlərini, nağıllarını tədbir iştirakçılarına danışdılar. Bu şeir və hekayələr daha çox sülh mövzusunda idi. Biz kitabxanaçılar da sülh, əminamanlıq arzusunda olan uşaqların bu kövrək, ülvi arzusuna qoşulub, dünyamıza sülh arzulayırıq. Gülzar nənənin bu gözəl addımına, gələcəyimiz olan uşaqlara yaşıl işıq tutduğuna görə ona təşəkkür edib, sabahın şair və
yazıçıları olan bu günün məktəblilərinə isə uğurlar arzulayırıq. “Sehrli dünya” da sehrli aləm yaratmaq arzuları ilə!...
Bütün xəbərlər