Tədbirin səkilləri
Bakı İstedadlar Təhsil Kompleksi hər il keçirdiyi kitab həftəsinə, 23-24 noyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasını ekskursiya etməklə başladı. Ekskursiyada təhsil kompleksinin bütün birinci və ikinci sinif şagirdləri iştirak etdi. Balacalar kitabxana qaydaları ilə tanış oldu, onlara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar haqqında geniş məlumat verildi.
Şagirdlər kitabxananın fondu ilə tanış oldu, açıq rəflərdən onları maraqlandıran mövzularda ədəbiyyat seçib oxu zalında mütaliə etdilər. Onlara, həmçinin nağıl otağında “Cırtdan”, “Qoğal” nağılı oxundu, cizgi filmləri göstərildi. Oxunan nağıllar üzərində maraqlı müzakirələr aparıldı. Daha sonra balacaları kitaba, kitabxanaya cəlb etmək məqsədilə “Kitab” animasiya filmi göstərildi.
Ekskursiyanın sonunda bütün şagirdlərə kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.
Bütün xəbərlər