Noyabrın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi Bakının Nəsimi rayonundakı 1 saylı tam orta məktəblə birgə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi münasibəti ilə “Muğam” adlı tədbir keçirildi. Azərbaycanın Dövlət himni ilə başlayan tədbirdə Ü.Hacıbəyovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Azərinin ifasında “Çırpınırdı Qara dəniz”mahnısı səsləndi. Ü. Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olundu. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında bəstəkarın əsərlərindən ibarət parçalar səsləndi. Şagirdlər “Cəngi” rəqsini ifa etdilər. Xalq artisti Gülyaz Məmmədova və Səbuhi İbayevin ifasında tarda Elxan Mansurovun müşayiətilə “Leyli və Məcnun” operasından parca dinlənildi. Foyedə Ü. Hacıbəyova və muğama aid kitab sərgiləri təşkil olunmuşdu. “O olmasın, bu olsun” və “Arşın mal alan”dan səhnəciklər göstərildi, şagirdlərin ifasında “Sevgili canan”, “Sarı gəlin”, ”Qarabağ şikəstəsi” səsləndi. Tədbir Üzeyir Hacıbəyovun “Uvertüra”sı ilə yekunlaşdı. Tədbirə dəvət olunmuş qonaqlar arasında Üzeyir Hacıbəyovun ev muzeyindən, Nəsimi rayonu İcra Hakimiyyətindən nümayəndələr və milli məclisin üzvü Ziya Səmədzadə iştirak edirdi.


Tədbirin səkilləri
Bütün xəbərlər