19 noyabr 2015-ci ildə F Köçərli adına Respublika Uşaq kitabxanasının kiçik oxu zalında məktəblilərlə “Mənim Hüquqlarım məni qoruyur” adlı söhbət aparıldı.
Kitabxananın işçisi öz çıxışında bildirdi ki, “Uşaq hüquqları haqqında” Konvensiya 1989-cu il noyabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Konvensiya BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir, uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidir. Onlar daim xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqqında məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir və demokratik ölkə olan Azərbaycan Respublikası 1992-ci ildən bu Konvensiyaya qoşularaq 189 olkə sırasındadır. Daha sonra uşaqlara hüquqlarla bağlı test sualları verildi. Uşaqların verdiyi suallar isə kitabxana əməkdaşı tərəfindən cavablandırıldı.


Tədbirin səkilləri
Bütün xəbərlər