18 sentyabr 2015-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının bağlanış mərasimi keçirilib.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək, sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.
Üç gün davam edən sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçirilib.
Qeyd edək ki, sərgidə F.Köçərli adına Respublika Uşaq kitabxanası kitabsevərlərə öz nəşrləri olan uşaq ədəbiyyatı xəzinəsindən “İlyas Tapdıq biblioqrafiya”, “Firidun bəy Köçərli biblioqrafiya”, F.Köçərli “Balalara hədiyyə” kitablarını, Göy Qurşağı jurnalını təqdim edib.
Sonda IV Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib. Mükafat alanlar sırasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası da vardır.


Tədbirin səkilləri
Bütün xəbərlər