9 sentyabr 2015 tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 sentyabr “Beynəlxalq Sülh Günü” ilə əlaqədar “Sülh aylığı” çərçivəsində “Hər obada, hər bir eldə, qanad açsın sülh sözü” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd 21 sentyabr - Beynəlxalq Sülh Gününün əhəmiyyəti barəsində uşaqları məlumatlandırmaq idi.
“Sülh aylığı” çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.
Tədbirdə Nəsimi rayonundakı 44 və 164 saylı tam orta məktəbinin şagirdləri iştirak edirdi. Kitabxananın direktoru Ş.Qəmbərova tədbiri açaraq uşaqları salamladı, 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında ətraflı məlumat verdi. Uşaqlar “Sülhə gəlin, ey insanlar!” adlı çarxlı video slaydı izlədilər. Sonra məktəblilər şeir və mahnılarla çıxış etdilər. Tədbirin sonunda “Ağ göyərçinlər” adlı rəy sorğusu keçirildi, tədbir iştirakçılarına kitab və jurnallar hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər