30 iyul 2015-ci il tarixdə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili gününə həsr olunmuş "Ana dilimizi sevək, qoruyaq" adlı tədbir keçirildi.
Tədbirdə Ankara, Avropa, Gənc İstedadlar litseyinin, 44 və 164 saylı tam orta məktəbinin şagirdləri, Nərimanov rayonu, 183 saylı körpələr evi-uşaq bağçasının uşaqları çıxış etdi.
Kitabxananın direktoru Şəhla xanım Qəmbərova tədbiri açıq elan edərək bildirdi ki, Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Sonra söz balacalara verildi. Öncə uşaq yazıçısı Aygün Balın “Meşədə əlifba bayramı” səhnəciyi göstərildi. Uşaqlar Sevinc Nuruqızının şeirlərindən ibarət kompozisiya ilə çıxış etdilər. Daha sonra tədbir iştirakçıları “Əlifbanı yaradan müəllim” adlı "Kəpəz Müstəqil Teleradio Şirkəti" - nin istehsalı olan film izlədilər. Filmdə Azərbaycanda ilk milli əlifbanın yaradıcısı, rəssam, müdərris və mütəfəkkir Mirzə Abbas Abbaszadənin keçdiyi faciəvi həyat yolundan və ziyalının yaradıcılığınnan bəhs olunur. Sond
a tədbirdə iştirak edən balacalara kitab və jurnallar hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər