08 may 2015- ci il tarixində Nəsimi rayonu 164 saylı məktəbdə F.Köçərli adına Respublika Uşaq kitabxanasının xidmət şöbəsinin işçiləri Alman faşizmi üzərində qələbənin 70 illiyi münasibəti ilə “Qələbə-70” adlı söhbət və Mais Əmrahovun “İkinci dünya müharibəsi 1939-1945” adlı kitabın icmalını keçirdi. Tədbirdə məktəbin IV sinif şagirdləri iştirak edirdi. Tədbiri keçirməkdə əsas məqsəd şagirdlərə İkinci dünya müharibəsi haqqında ətraflı məlumat vermək , xalqımızın bu müharibədə göstərdiyi əzmkarlığı, Azərbaycanın oğul və qızlarının igidliyini, rəşadətini şagirdlərə çatdırmaq idi.
Söhbətdə bildirildi ki, bu müharibədə Azərbaycan xalqı 600 min nəfər oğul və qızlarını cəbhəyə yola salmış və onların yarısı demək olar ki, qəhrəmanlıqla həlak olmuşdur. Həmçinin Sovet İttifaqı Qəhramanları - Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Hüseynbala Əliyev və başqalarının göstərdiyi şücaətlərdən söhbət açıldı.
Qələbənin 65 illiyinə həsr olunan və ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin kəlamları ilə başlayan Mais Əmrahovun “İkinci dünya müharibəsi 1939-1945” adlı kitabının icmalı uşaqlar tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda uşaqlarla sual-cavab keçirildi.


Tədbirin səkilləri
Bütün xəbərlər