14 noyabr 2008-ci ildə kitabxananın oxu zalında şair-dramaturq, publisist və tədqiqatçı Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə yazıçı Nüşabə Məmmədli, Oqtay Rza, Paşa Əfəndiyev, S.Mümtaz adına arxivin direktoru Maarif bəy, Azərbaycan, Xalq, Respublika, Həftəlik xəbərlər qəzetlərinin müxbirləri, gənc yazarlardan Sona Xəyal, və b. iştirak edirdilər.Mikayıl Rəfiliyə həsr olunmuş tədbirdə ədibin qızı Selcan xanım atası haqqında, onun dostlarından, yaradıcılığından, M.Bağırovun onlara göstərdiyi yaxşılıqlardan söhbət açdı. Tədbir iştirakçıları XX əsrin böyük mütəfəkkiri və pedaqoqu olmuş ədəbiyyatşünas Mikayıl Rəfilidən söz açdılar. Arxiv materialları əsasında yazılmış bu kitabla M.Rəfilinin indiyədək oxuculara məlum olmayan məlumatlar bir daha açıqlandı.
Tədbirin səkilləri
Bütün xəbərlər