22 aprel 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları Yasamal rayonundakı 175 saylı məktəbdə “Planetimizi qoruyaq” adlı tədbir keçirdi. Tədbirdə Yer gününün tarixi ilə əlaqədar uşaqlara geniş məlumat verildi. Qeyd olundu ki, Beynəlxalq Yer Günü 1970-ci il 22 aprel tarixindən etibarən qeyd olunmağa başlanılıb. 1882-ci ildə ABŞ-ın Nebraska ştatında Corc Mortonun şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatda bayram günü elan edilıbdir. 1970-ci ildə “Ağac günü”nün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas alıb. 141 ölkəni təmsil edən 20 milyondan çox adam bu günü bayram edir. XXI əsrin əvvəllərində Azərbaycanda da milli parkların şəbəkəsi genişləndirilib.
 2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ , Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağgöl Milli Parkı yaradılıb. Ümumilikdə isə Azərbaycan ərazisində 9 milli park vardır.
Tədbirdə uşaqlar Torpaq, Günəş, Hava, Su – yun insanın həyatında böyük rol oynadığını bildirən səhnəciklər göstərdilər, şeirlər söylədilər. Tədbirdən sonra uşaqlar məktəbin həyətindəki ağacların dibini bellədilər, suladılar, zibillikdən təmizlədilər. İştiakçılara F.Köçərli adına Respublika Uşaq Kitabxanasından kiçik kitablar hədiyyə edildi, xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər