Tədbirin səkilləri
13 mart 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər şöbəsi fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin müəllimi Reyhan Yusifqızı ilə görüş keçirdi. Uşaqların intellektual səviyyəsini yüksəldən bu tədbirdə Səbail rayonunda yerləşən 7 saylı məktəbin V-VI sinif şagirdləri ilə yazıçının “Yaşıl gözlü qız” və “Zamanın əsirləri” kitablarıın müzakirəsi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq yazıçı haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, Reyhan xanım 1995-ci ildən bədii yaradıcılıqla məşguldur, bir sıra nağıl, hekayə və povestin müəllifidir. Elmi-fantastika janrında seriya kitabları var. “Yaşıl gözlü qız” kitabı 2009-cu ildə Türkiyədə keçirilmiş beynəlxalq konqresdə üçüncü yer qazanmışdır. “Zamanın əsirləri” kitabı bu əsərin davamıdır. Azərbaycan məktəbliləri yazıçını yaxşı tanıyırlar.
Tədbirdə uşaqlar əsərdən səhnəcik göstərdilər. Kosmik qəza nəticəsində Yer planetinə düşmüş 12 yaşlı yadplanetli qızın – Leminin sərgüzəştlərindən danışdılar. Sonra müəllifə əsərlə bağlı öz suallarını verdilər. Kainatın sirlərini açmağa, başqa sivilizasiyalardan bizim fərqimizi başa düşməyə çalışdılar. Ulduz müharibələrinin qarşısını almaq, Yerin ekologiyasını məhv olmaqdan xilas etmək üçün daha müxtəlif yollar fikirləşdilər.
Təbiət, kainat, astronomiya, tarix və coğrafiyaya aid məlumatlarla zəngin olan hər iki əsər uşaqların çox xoşuna gəldiyini göstərdi. Şagirdlər bildirdilər ki, bu maraqlı kitab onları ulu əcdadlarımızın həyatı ilə daha yaxından tanış etdi və kitabın sonuncu səhifəsini çevirəndə onların bizə daha yaxın, daha doğma olduğunu gördük.
Bütün xəbərlər