Martın 6-da F.Köçərli adına Respublika Uşaq kitabxanasının xidmət şöbəsi Səbail rayonundakı 8 saylı tam orta məktəbin şagirdləri ilə 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə “Ana laylası ” adlı musiqili bayram tədbiri keçirdi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, kitabxananın işçiləri iştirak edirdi. Tədbirdə çıxış edən məktəblilər, kitabxananın fəal oxucuları təqdim etdikləri rəqs nömrələri, ifa etdikləri mahnılar, söylədikləri şeirlər, təqdim etdikləri kompozisiya və səhnəciklərlə kitabxananın xanımlarını təbrik etdilər. Tədbirdə müxtəlif dövlətlərin öz dillərində nümayiş olunan ana laylaları daha çox diqqəti çəkdi. Tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru çıxış edərək, bütün Azərbaycan xanımlarını bayram münasibətilə təbrik etdi. Onlara can sağlığı, xoş günlər, işlərində müvəffəqiyyətlər arzu etdi. Bayram tədbiri şən musiqi sədaları altında başa çatdı. Tədbirdə iştirak edən uşaqlara türk uşaq ədəbiyyatı sərgisindən kitablar hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər