24 fevral 2015- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı Binəqədi rayonundakı H.Cəbrayilov adına 99 nomrəli tam orta məktəblə birgə Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalı ruhları" adlı tədbir keçirmişdir. Tədbirdə Xocalı soyqırımından bəhs edən kitablar sərgilənmiş və məktəblilərin hazırladıqları ədəbi bədii kompozisiya tamaşaçılara təqdim edilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Ofelya Məmmədova açaraq bildirmişdir ki, bəşər tarixində ən dəhşətli hadisələrdən olan Xocalı soyqırımının törədilməsindən bizi 23 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən dırnağa qədər silahlanmış erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşdirilmiş 366-cı rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın dinc sakinləri qəddarcasına qətlə yetirdilər, girov götürdüklərini təhqir və həqarətlərə, zülm və işgəncələrə məruz qoydular. Xocalı müsibətinin günahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olundu


Tədbirin səkilləri
Bütün xəbərlər