Tədbirin səkilləri
23 fevral 2015-ci il tarixində F.Köçəri adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı Xətai rayonundakı 265 saylı məktəblə birgə Beynəlxalq Ana dili gününə həsr olunmuş ” Ana dilim - şirin dilim” adlı ədəbi-bədii gecə keçirmişdir. Tədbirdə kitabxananın əməkdaşları, 265 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllımləri, valideynlər və şagirdlər iştirak edirdi. Tədbiri təlim tərbiyə işləri üzrə direktor müavini M.Sona açmışdir. O dövlətin dilimizə qayğı və diqqətindən söhbət açmiş, latın qrafikasına keçməyin zəruriliyindən danişmışdır. Sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi M.Şəntürk ”Dil milləti yaşadır” adlı məruzə ilə çixiş etmişdir. Məruzə mərhum prezidentimiz H.Əliyevin çıxışları əsasında qurulmuş, öz dilındə danişmağın vacibliyi vurğulanmişdır. Məruzədən sonra məktəbin VI sinif şagirdi B.Xəyalə İ.Səfərlinin “Ana dilim “, G.Simarə “Doğma ana dilim”, Ə.Röya S.Rüstəmin ”Dilimə dəymə”, R.Sevər və S.Səyyad B.Vahabzadənin “Ana dilim” şeirini söyləmişlər. Tədbirdə VIc sinif şagirdləri şifahi xalq ədəbiyyatından bayatılar, tapmacalar söyləmiş,”Ana dilimizi sevək, sevdirək “ adlı mahnı oxumuş, kiçik səhnəciklər göstərmişlər.
Tədbir iştirakçıları kitabxanada təşkil olunmuş “Ana dilim- şirin dilim” adlı kitab sərgisi ilə tanış oldular.
Bütün xəbərlər