20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 19 yanvar 2015-ci ildə kitabxananın oxu zalında “Əbədi kədərimizin unudulmaz 25-ci ili“, “Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olundu. Sərgidə kitab və jurnallardan əlavə uşaqların kitablara yazdıqları rəylər də qoyulmuşdu.
19 yanvar 2015-ci ildə Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin əməkdaşları 7 saylı məktəbdə 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə aparan yol” adlı anım gecəsi keçirdi. Məktəbin 5-6-cı sinif şagirdləri bədii kompozisiya göstərdilər. Tədbirdə müəllimlər, 20 yanvar şəhidi- Rəşid İsmayılovun qızı iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına kitabxananın Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin müdiri Nazilə xanım açaraq faciə ilə bağlı ətraflı məlumat verdi. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə İradə xanım atası ilə bağlı xatirələrindən danışdı və uşaqlara vətənpərvərlik tərbiyəsində onları böyüdən məktəbin müəllimlərinə, rəhbərliyə öz minnətdarlığını bildirdi. Uşaqlar şeirlər söylədi, səhnəcik göstərdilər. Sonra isə foyedə təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.
19 yanvar 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının təşəbbüsü ilə Yasamal rayonundakı H.Aslanov adına 175 saylı məktəbdə 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Qan yaddaşı” adlı anım gecəsi keçirildi. Məktəbin 6-cı sinif şagirdləri bədii kompozisiya göstərdilər. Tədbirdə müəllimlər, H.Əliyev adına Ali Hərbi məktəbin polkovniki S. Mirzəyev iştirak edirdi. Uşaqlar 20 yanvar faciəsinə həsr olunmuş şeirlər söylədilər, səhnəcik göstərdilər. Tədbirdən sonra ziyarətgaha gedərək şəhidlərin məzarı üstünə əklillər qoydular. 176 saylı məktəbdə 20 yanvar şəhidlərinə həsr olunmuş "Azərbaycan xalqının ən böyük faciəsi" başlığı altında kitabxana plakatı təşkil olunmuşdu. Kitab sərgisində "Bir əsrə bərabər gecə", "Milli qəhrəmanlar", "Şəhidlər", "Qan borcu", "Azərbaycanın milli Qəhrəmanları", "Əfsanəyə dönmüş ömür", "Qara gündəlik" kimi kitablardan, inşa yazılarından, şəhidlərin fotolarından istifadə edilmişdi. Məktəbin direktoru Qələndər müəllim, dərs hissə müdiri Ada Fuadovna, tarix müəllimi Vəliəddin bəy müdhiş gecə haqda öz fikirlərini ürək yanğısı ilə şagirdlərə çatdırdılar. Uşaqların ifasında "Şəhidlər" mahnısı ifa edildi. 1 saylı filial Milli Konservatoriyanın nəznində fəaliyyət göstərən İncəsət gimnaziyasında 20 yanvara həsr olunmuş uşağların əl işlərindən ibarət sərgi keçirdi. Vestübildə təşkil olunan sərgidəki şəkilləri 4a sinifindən - Əliyev Araz, Mehralıyev Ələkbər, Cəlilova Fidan, 5b sinifindən Könül Qafarova, Lalə isgəndərli, Elsevər ibrahimov, Elvira Agayeva, 8v sinfindən Nurlan Süleymanlı, Nəbizadə Röya, Ağayev Asiman, 10b sinfindən Məmmədova Nərgiz, İsrafilova Sona, İsayev Togrul, Həsənova Gülnar təqdim etmişdi. Tədbiri giriş sözü ilə İncəsənət gimnaziyasının direktoru Mahizər Şabanbəyova açaraq tədbir iştrakçılarına baş verən hadisələrlə əlaqədar geniş məlumat verdi. Digər çıxış edənlər - Gimnaziyanin Teatr sektorunun müdiri Hicran Hüseynova, Rəssamlıq şöbəsinin müdiri və başqaları faciə ilə bağl maraqlı faktları uşaqların diqqətinə çatdırdılar. Kitabxananın əməkdaşı Alifə xanım tədbirdə iştirak edən uşaqlara öz təşəkkürünü bildirdi.
19 Yanvar 2015-ci il tarixində 2 saylı filialın oxu zalında “20 Yanvar - Qan yaddaşımız “ adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Filial müdiri Gülarə xanım tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsi haqda qısa məlumat verdi. O, 20 Yanvar faciəsində xalqın başına gətirilən müsibətlərdən danışdı. 264 saylı məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylədilər.Tədbirdə 20 Yanvarla bağlı aktyor Əliabbas Qədirovun ifasında Cabir Novruzun “Kaş millətdə ruh yaşasın” şeri ilə faciənin fraqmentləri göstərilən video klipə baxıldı. Tədbirin sonunda Gülarə xanım tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalının yeni sayları oxuculara hədiyyə edildi.
3 saylı filial 19 yanvar 2015-ci il tarixində 141 saylı məktəbdə “Başını uca tut Vətən!” adlı kitab sərgisi, sərgi qarşısında oxucularla söhbət, “Şəhidlər unudulmur” adlı ədəbi bədii gecə keçirdi. Tədbirdə 20 yanvar cəmiyyətindən, İstiqlal muzeyindən əməkdaşlar, “Təhsil problemləri” qəzetinin müxbiri, kitabxanaçılar, valideynlər, müəllimlər iştirak edirdi. Tədbir 1 dəqiqəlik sükutla başladı, şəhidlərə həsr olunmuş video çarxlı slaydlar oxuculara təqdim olundu. Qonaqlar 20 yanvarla bağlı öz təəssüratlarından, xatirələrindən danışdılar. Uşaqlar arasında“20 yanvar faciəsinə sənin münasibətin” adlı anket sorğusu keçirildi. “20 yanvar faciəsi sənin üçün nədir?” sualı əsasında cavablar:
a) faciə
b) birlik
c) qürur hissi
71 % -i həmin günün qürur hissi keçirdikləri gün, 18% birlik, 11% isə faciə olduğunu bildirdi.


Tədbirin səkilləri
Bütün xəbərlər