2 fevral 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənclər Günü qeyd olundu. Gənclər günü ilə əlaqədar “Uğur və Motivasiya” adlı mövzuda seminar keçirildi. Seminarda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakultəsinin 3-cü kurs tələbələri iştirak etdi. Seminarda karyerada uğur qazanmaq üçün lazım olan motivasiya, motivasiyanın və özünə inamın müsbət cəhətləri və digər müvafiq məsələlər müzakirə olundu, tələbələrlə fərdi məşğələ keçirildi və onların sualları cavablandırıldı. Həmçinin seminar iştirakçilarına Ailə və Sosial Politikalar Bakanlığı İstanbul şəhəri üzrə müdir müavini Halis Kuralay və İstanbul Böyük Şəhər Bələdiyyəsi Əngəllilər müdirliyində kompyuter proqramları üzrə mütəxəssis Yavuz bəy əngəlli olmalarına baxmayaraq qazandıqları uğurun sirrlərini tələbələrlə bölüşdü. Elmi metodika şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçıları arasında “Müasir gənclik necə olmalıdır?” mövzusunda hazırlanmış rəy sorğularında iştirak etdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər