F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2015-ci il yanvarın 6-dan başlayan Görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün Dil və İnformasiya Kurslarının keçirilməsi ilə əlaqədar treninq məşğələlərdə əldə olunan biliklərin təcrübədə möhkəmləndirilməsi ilə bağlı 27 yanvar 2015-ci il tarixində treninq iştirakçıları Ailə və Sosial Politikalar Bakanlığı İstanbul şəhəri üzrə müdir müavini Halis Kuralay ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli internat məktəbində təcrübə keçdilər. Məktəbdə siniflər A və B qrupları üzrə bölünmüşdü. A grupu tamamilə görmə məhdudiyyətli, B qrupu isə az zəif görmə qabiliyyətli uşaqlar üçün nəzərdə tutulub. Hər bir treninq iştirakçısı fərqli sinif və qruplarda keçirilən dərslərdə müşahidəçi qismində iştirak etdi, həmçinin uşaqların oyun, musiqi zallarında oldular. Görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün ən müasir informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı məlumatlar əldə olundu. Ertəsi gün treninq iştirakçılarının müşahidələri müzakirə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər