Tədbirin səkilləri
5 yanvar 2015-ci ildə kitabxananın oxu zalında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 yanvar 2015-ci ildə 50 yaşının tamam olması münasibətilə bütün əməkdaşların iştirakı ilə tədbir keçirildi. Kitabxananın direktoru Şəhla Qəmbərova bu münasibətlə əməkdaşları təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər və can sağlığı dilədi. Tədbirdə qeyd edildi ki, 2015-ci ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 50-illik yubileyi ərəfəsində kitabxananın bütün şöbələrinin qarşısında da xeyli vəzifələr durur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu vəzifələrin öhdəsindən layiqincə gələcək və bundan sonra da kitabxana ictimaiyyəti üçün əhəmiyyətli vəsaitlərin nəşr edilməsində, Mərkəzi Kitabxana Sistemlərinin uşaq şöbələri üçün metodik təminat sisteminin güclənməsində
və kitabxanaçı kadrların səriştəsinin artırılmasında bütün imkanlarından müvəffəqiyyətlə istifadə edəcəkdir.
Bütün xəbərlər