F.Köçərli adına Respublika Uşaq Kitabxanası 17dekabr 2014-cü ildə uşaq yazıçısı İlyas Tapdığın anadan olmasının 80 illiyi münasibətilə “Nağıllı ağacın bağbanı” adlı tədbir keçirdi. Tədbiri keçirməkdə əsas məqsəd uşaqları müasir uşaq ədəbiyyatımızın Marşakı sayılan İlyas Tapdıq yaradıcılığı ilə tanış etmək, uşaq ədəbiyyatına olan marağı artırmaq idi. Tədbiri F.Köçərli adına kitabxananın direktoru Şəhla xanım Qəmbərova açaraq bildirdi ki, İlyas Tapdığın yaradıcılığı folklordan, xalq yaradıcılığından qidalanır. Ədə¬biy¬ya¬ta əl¬lin¬ci il¬lər¬də gə¬lən, 60-70-ci il¬lər¬də bir şa¬ir ki¬mi se¬vi¬lən, ta¬nı¬nan, 80-90-cı il¬lər-də isə ya¬ra¬dı¬cı¬lı¬ğı¬nın ka¬mil¬lik mər¬hə¬lə¬si¬nə qə¬dəm qo¬yan İl¬yas Tap¬dı¬ğın bu ay 80 ya¬şı ta¬mam olur. Bu il¬lər ər¬zin¬də onun Azər¬bay¬can di¬lin¬də 30-a ya¬xın şe¬ir və tər¬cü¬mə, rus di¬lin¬də isə 9 şe¬ir ki¬ta¬bı işıq üzü gö¬rüb, 18 filmin ssenari müəllifi olmuşdur. Elə ilk şeir¬lə¬rin¬dən o, ənə¬nə¬vi ¬şei¬rə, saz-söz dün¬ya¬sı¬na bağ¬lı¬lı¬ğı ilə diq¬qə¬ti cəlb et¬miş, şeir¬lə¬rin¬də Azər¬bay¬can tə¬biə¬ti¬nin gö¬zəl¬lik¬lə¬ri¬ni, onun şan¬lı ta¬ri¬xi keç¬mi¬şi¬ni, qəh¬rə¬man oğul¬la¬rı¬nı, söz-sə¬nət da¬hi¬lə¬ri¬ni, müa¬si¬ri ol¬du¬ğu in-san¬la¬rın mə¬nə¬vi dün¬ya¬sı¬nı, bu il¬lə¬rin real¬lı¬ğı¬nı qə¬lə¬mə al¬mış¬dır. Onun elə şeir¬lə-ri var ki, tək¬cə ya¬zıl¬dı¬ğı il¬lər¬də yox, in¬di¬nin özün¬də də dil¬lər əz¬bə¬ri¬dir.
Binəqədi rayonundakı 240 saylı məktəbin I sinif şagirdləri yubilyar önündə şairin şeirləri əsasında maraqlı səhnəciklər, yanıltmaclar, şeirlərlə çıxış etdilər, “Danışan kitablar”dan şeirlər söyləyədilər, şeirlərinə bəstələnmiş mahnılar ifa etdilər. Yubilyara uşaqların rəqs, rəsm hədiyyələri də oldu. Tədbir iştirakçıları İlyas Tapdığ yaradıcılığına həsr olunmuş maraqlı video çarxlı slayda tamaşa etdilər, tədbirin sonunda balaca iştirakçılara kiçik hədiyyələr verildi.
Tədbirdə uşaq yazıçı və şairlərindən Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Reyhan Yusifqızı, Zahid Xəlil, Rafiq Yusifoğlu, Şəmistan Nəzərli, Eyvaz Zeynalov və uşaq ədəbiyyatının tədqiqatçısı, ədəbiyyatşünas Fizuli Əsgərli iştirak edirdi. Tədbir iştirakçıları kitab sərgisi ilə tanış odular, şairin qələm dostlarının çıxışlarını dinlədilər. Uşaq yazıçısı Sevinc Nuruqızı İlyas Tapdığı Azərbaycan uşaq ədəbiyyatının zərli, naxışlı yazıçısı adlandırdı. Digər uşaq yazıçıları da həmçinin İlyas Tapdıq haqqında maraqlı söhbətləri ilə yadda qaldılar. Oxucular arasında “Uşaq yazıçısı necə olmalıdır” adlı rəy sorğusu keçirildi və sorğunun nəticələri haqqında çay süfrəsində, dəyirmi masa arxasında müzakirələr edildi. Tədbir iştirakçıları yubilyarla xatirə şəkli çəkdirdi. Tədbirdə Mədəniyyət qəzetinin, Şahbulaq.az saytının, Az.TV-nin əməkdaşları iştirak edirdi.


Tədbirin səkilləri
Bütün xəbərlər