Tədbirin səkilləri
4 noyabr 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 01.10.2014 – 01.11.2014 tarixində elan etdiyi “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı rəsm müsabiqəsinə yekun vurmaq üçün səsvermə həyata keçirtdi.
Müsabiqəyə Respublika İncəsənət Gimnaziyasının, 212, 193, 144, 175, 53 və s. saylı orta məktəbin şagirdləri 40-dan çox müxtəlif üsullarla və müxtəlif növ məna daşıyan rəsmlərini təqdim etmişdilər.
Səsvermə saat 14:00-da kitabxanada başladı. Müsabiqənin qaliblərini bu dəfə peşəkar rəssamlar deyil, məktəblilərin özləri seçdi. Nəzərinizə çatdıraq ki, verilən səslər hesablanaraq qaliblər müəyyənləşdiriləcək və 05.11.2014 tarixində müsabiqədə I, II və III yerə layiq görülmüş hər bir qalibə diplom və hədiyyələr təqdim olunacaq.
Bundan əlavə bizim layihədə iştirak etmək üçün kitabxanaya gələn Baku Modern School-un şagirləri kitabxana ilə taniş oldular, “Niyə kitab oxumalıyıq?” adlı seminarda fəal iştirak etdilər və “Kitab” adlı animasiya filmini izlədilər. Həmçinin məktəblilər öz aralarında müsabiqəyə təqdim olunmuş rəsmləri müzakirə edərək, bəyəndikləri rəsmlərə səs verdilər.
Sonda şagirdlərə “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.
Bütün xəbərlər