Tədbirin səkilləri
BDU-nin Kitabxanaçılıq və İnforamasiya fakultəsinin II kurs tələbələri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 07-18 iyul 2014-cü il tarixində istehsalat təcrübəsində olmuşdur. Təcrübə müddətində keçirilən psixologiya saatlarında, aparılan “Gələcəyin kitabxanaçısı necə olmalıdır” adlı rəy sorğusunda, F.Köçərlinin anadan olmasının 150 illiyi ilə əlaqədar tədbirin ssenarisinin və təqdimat slaydının hazırlanmasında fəal iştirak etmişlər.
Hər bir tələbə kitabxananın kitabişləmə və kataloqlaşdırma, incəsənət, kütləvi işlər, avtomatlaşdırma, məlumat-biblioqrafiya, elmi metodika, kitabsaxlayıcı, xidmət şöbəsi, ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbələrində olmuş, gündəliklərində şöbələrdə gördüyü işlərlə bağlı qeydləri vaxtlı-vaxtında aparmış, nümunələr götürmüşlər.
Təcrübə müddətində tələbələr kitabxanada keçirilən psixologiya saatlarında - “Bədən dili”, “İnsanları necə inandırmaq olar” kimi dərslərdə iştirak etmişdir. “Gələcəyin kitabxanaçısı necə olmalıdır” adlı sorğuda iştirak etmiş, sorğular müzakirə olunmuş, daha maraqlı suallar üzə çıxarılmışdır.
Xidmət şöbəsində kiçik yaşlı uşaqlar arasında keçiriləcək rəy sorğusunu təşkil etdiyinə görə üç tələbə qoyulan maraqlı suallarla fərqlənmişdir.
Avtomatlaşdırma və məlumat biblioqrafiiya şöbələrinin əməkdaşları kitabxananın saytı, elektron kataloq və elektron kitabxana haqqında tələbələrə geniş məlumat vermiş, kitabxananın beynəlxalq sərgilərdə, xarici dövlət uşaq kitabxanaları ilə əlaqələrindən danışmışdır. Bütün tələbələr müasir dövrün tələblərinə cavab verəcək kitabxana haqqında hazırlanmış rəy sorğusunda da iştirak etmişdir. Hər bir şöbədə məşğul olan tələbə həmin şöbədə müasir texniki avadanlıqdan istifadə etmək qaydalarına yiyələnmiş, xidmət işini mükəmməl öyrənmişdir.
Təcrübənin sonunda tələbələrdən on iki nəfəri “Gələcəyin kitabxanaçısı necə olmalıdır” adlı sorğuda fəal iştirakına görə, Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyi ilə əlaqədar təqdimat slaydının hazırlanmasına görə, Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr olunan tədbirin ssenarisinin hazırlanmasına görə, kiçik yaşlı uşaqlar arasında keçiriləcək rəy sorğusunu təşkil etdiyinə görə kitabxana tərəfindən qiymətlənləndirilmiş, fərqlənmə diplomuna layiq görülmüşdür.
Təcrübə müvəffəqiyyətlə başa çatmış, təcrübədə iştirak edən tələbələrin hər birinə ayrı-ayrılıqda xasiyyətnamələr verilmişdir.
Bütün xəbərlər