Tədbirin səkilləri
11 iyul 2014 tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Təsirli Ünsiyyət və Bədən Dili Texnikaları, İmic İdarəçiliyi” adlı tədbir keçirildi
Tədbir BDU-nin Kitabxanaçılıq və İnforamasiya fakultəsinin II kurs tələbələri arasında təşkil olundu. Kitabxananın psixoloqu A.Şahvələdova “Bədən dili”, “İnsanları necə inandırmaq olar” adlı seminarlarda tələbələrə bu mövzularda geniş məlumat verərək bildirdi ki, insanların bir-biri ilə münasibət qurmasında sözlü ifadədən daha çox bədən dilinin təsiri vardır. Qarşımızdakı bir insanın hisslərini qurduğu cümlələrin quruluşu ilə bərabər səs tonu və bədən dili ilə də anlaya bilərik. Bədən dili insanın özünü ifadə etməsi və daha yaxşı anlaşılmasını təmin edir. Həmçinin A.Şahvələdova vurğuladı ki, hər bir insanın özünəməxsus bədən dili vardır və bu fərdi xarakter daşıyır. Sonra tələbələrə effektli ünsiyyətin necə qurulması haqqında təssəvvürün yaranması üçün video-slayd göstərildi.
Tədbirin sonunda tələbələr arasında bədən dili ilə bağlı psixoloji oyunlar keçirildi.
Bütün xəbərlər