31 mart 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında “31 mart- Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, 111 saylı məktəbin tarix müəllimi Sehriman Əmrahov, Xarici Dillər Universitetinin Tələbə və Gənclər Təşkilatının sədri Xıdır Kazımov, 54 saylı məktəbin tarix müəllimi Esmira Qasımova, Qızlar Universiteti, Slavyan Universiteti, Xarici Dillər Universitetinin tələbələri, məktəblilər iştirak edirdi. Tədbiri kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qeyd etdi ki, 1998-ci il martın 26-da ulu öndərimiz, ümümmilli liderimiz Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması təsbitləndi. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil. Çünki hələ də dünya miqyasında ermənilərin saxta "tarixi" bizim gerçək tariximixi üstələyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.
Tədbirin səkilləri
“İki əsr davam edən soyqırım” adlı kitabxana plakatı müsabiqəsinə yekun vuruldu. Müsabiqə iştirakçılarının göndərdiyi işlər kitabxananın oxu zalında sərgiləndi.“İki əsr davam edən soyqırım” adlı kitabxana plakatı müsabiqəsində qaliblər diplom və hədiyyələrlə mükafatlandı. Digər müsabiqə iştirakçılarına isə kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı və kitabxanın bələdçisi, vizit kartı hədiyyə edildi.
I yer- Talışinski Fərəh Elçin qızı(Yasamal rayonu 225 saylı məktəbin VII sinif şagirdi)
II yer- Hüseynov Oqtay Bağır oğlu (Yasamal rayonu 308 saylı məktəbin III sinif şagirdi)
III yer- Əhmədova Nərgiz Vahid qızı (Nəsimi rayonu 42 saylı məktəb VII sinif şagirdi)
Müsabiqədə Yasamal rayonu 308 saylı məktəbin III sinif şagirdləri, Binəqədi rayonu 144 saylı məktəb (8 iş), Səbail rayonu 160 saylı məktəb(8 iş) və Nəsimi rayonu 42 və 44 saylı, Nizami rayonu 214 saylı məktəbdən şagirdlər iştirak etmişdir.
Qalibləri təbrik edirik!
Bütün xəbərlər