27 may 2008-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi ilə əlaqədar C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində dəyirmi masa keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri L.Məmmədova, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru M.Teymurov, tədqiqatçı Nəsiman Yaqublu ADR ilə bağlı çıxışlar etdilər. Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar “Azadlıq günəşimizin ziyası“ adlı rəsm və “İstiqlal bütün xalqın əsəridir” mövzusunda inşa, “Azərbaycan deyiləndə ayağa dur ki...” şeir müsabiqələrinin qalibləri elan olundu, mükafatlandırıldılar. Sonra uşaqlar Azərbaycana, vətənə, üçrəngli bayrağa həsr olunmuş şeirlərini söylədilər. I, II, III və həvəsləndirici yerlər üzrə aşağıdakı oxucular qalib gəldilər. Çıxış edənlər XX əsr Azərbaycan ədəbiyyatının, xüsusilə bədii nəsrimizin inkişafına sanballı töhfələr verən Mir Cəlal Paşayevlə bağlı xatirələrini danışdılar. Onlar qeyd etdilər ki, M.Cəlal müəllim şifahi xalq ədəbiyyatı və klassik irsimizin ənənələri əsasında yetişərək böyük ədəbiyyatda öz sözünü deyib, şərəfli imzasını qoyub. Inşa üzrə: Rəsm üzrə Şeir müsabiqəsi üzrə