I iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
<Tədbirin şəkilləri
1 iyun 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nəsimi rayonundakı 46 saylı Məktəbdənkənar Tərbiyə mərkəzi ilə birgə 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Xoşbəxt uşaqlar” adlı tədbir keçirdi. Tədbirdə mərkəzin texniki yaradıcılıq şöbəsinin müdiri Fəridə Süleymanova, “Göy qurşağı” rəqs qrupu, “Günəş”rəsm studiyası, “Yol polisinin gənc köməkçiləri” komandası, “Zəngin” liseyinin yol hərəkəti qaydaları komandası, Bakı şəhəri Yol Polisi İdarəsinin rəisi Vaqif Əsədov, 3 nöqtə qəzetinin redaktoru Elməddin Manaflı, "Azersun Holding" Şirkətlər Qrupunun əməkdaşları iştirak edirdi. Vaqif Əsədov öz çıxışında, Azərbaycanın gələcəyi olan uşaqlara cəmiyyətin diqqət yetirməsini vurğuladı.
Mərkəzin həyətində “Dünyanı verək uşaqlara” adlı kitab sərgiləri təşkil edilmişdi. Həyətin divarlarında “Günəş” rəsm studiyasında çalışan uşaqların rəsmləri asılmışdı. Kitab sərgiləri aşağıdakı mövzular üzrə təşkil olunmuşdu:
“Məktəb proqramına kömək”, “Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Azərbaycan – yurdum mənim”, “Sənin maraq dünyan”, “Kitablarda mən hələ, baxıram şəkillərə...”, “Çox oxuyan, çox bilər”, “Biri var idi, biri yox idi” və s.
Həmçinin “Mənim rəng dünyam” adlı rəsm müsabiqəsinə təqdim olunmuş rəsmlərin də sərgisi təşkil olunmuşdu.
Kiçik yaşlı uşaqlar asfalt üzərində rəsmlər çəkdilər. Tədbir iştirakçıları yol polisi geyimində olan uşaqların çıxışlarına, “Göy qurşağı” rəqs qrupunun ifasında rəqslərə tamaşa etdilər. “Panda” uşaqlar arasında viktorina keçirdi. Sualları düzgün cavablandıranlar hədiyyə qazandılar.
Tədbirdə iştirak edən bütün iştirakçılara “Göy qurşağı” uşaq jurnalı, kitabxananın bələdçisi və vizit kartı, Azərsun Holdinqin istehsalı olan Şokki-Mokki markasının hədiyyələri təqdim edildi.
Təşkil olunan əyləncə proqramında bir-birindən gözəl musiqilərlə oynayıb əylənən yüzdən çox uşaq iştirak etdi. Uşaqlar Azərbaycan, bayraq, məktəb, müəllim, Vətən, kitab və s.haqqında şeirlər söylədilər. Uşaqlar üçün təşkil olunan bayram şənliyi xoş əhval ruhiyyə ilə başa çatdı.
Bütün xəbərlər