2 may 2013-cü il saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə” adlı yarışmanın yekun konsertini R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirdi. Yekun konsertdə Bakı Xoreoqrafiya məktəbinin rəqs kollektivi “Azərbaycan suitası” rəqsi ilə çıxış edərək yarışma iştirakçılarını təbrik etdi. Tədbir iştirakçıları ulu öndərimizin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev və uşaqlar” və “Biz birlikdəyik” adlı video çarxlı slayda baxdılar.
8 uşaq evi və internat məktəbləri arasında keçirilən yarışmada Yaponiya, Britaniya, Türkiyə, Hindistan, Rusiya, Amerika, Gürcüstan, Koreya dövlətləri təmsil olunmuşdu. Yarışma 6 nominasiya üzrə keçirilirdi:
<Tədbirin şəkilləri
1. Təmsil olunan dövlət haqqında təqdimat-slaydların (video çarxın) hazırlanması
2. Milli rəqs
3. Milli geyim
4. Kitab sərgiləri
5. Milli gəlinciklərin və ya aplikasiyasının hazırlanması
6. Nağıl qəhrəmanlarından bir və ya ikisinin təqdimatı
Tədbiri keçirməkdə məqsəd uşaqları dünya xalqları mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hissləri aşılamaq idi.
Münsiflər heyətini Mədəniyyət Və Turizm Nazirliyi kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər xanım Kərimova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı- Məlumat Hesablama Mərkəzi, WEB texnologiyaları şöbəsinin müdiri Aydın Cəfərov, sənətşünasıq elmləri doktoru, professor Kübra xanım Əliyeva və Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı Reyhan Yusifqızı Şıxlinskaya təmsil edirdi.
Tədbirdə həmçinin 8 dövlətin səfirliklərindən nümayəndələr də iştirak edirdi.
İştirakçılar:
1. Sumqayıt şəhər fars-ingilis dili təmaüllü internat məktəbi (Türkiyə)
2.Zəngilan rayonu 4 saylı ümumi orta məktəb (Böyük Britaniya)
3. SOS uşaq kəndi (Yaponiya )
4. A.Makarenko adına humanitar təmayüllü internat tipli gimnaziya
(Gürcüstan)
5. 2 saylı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi
(Amerika)
2. Suraxanı rayonu 2 saylı uşaq evi (Hindistan)
3. “Ümid yeri” uşaq yaşayış sığınacağı (Koreya)
4. Xətai rayonu 3 saylı uşaq evi (Rusiya)
Tədbirdə nominasiyalar üzrə qaliblərin mükafatlanması təntənəli şəkildə qeyd olundu. Nominasiya qaliblərinə kitabxana adından diplom və rəqəmli fotoapparat, tədbirin şəkilləri yığılmış foto-albom, bütün iştiraçılara kiçik hədiyyələr təqdim olundu. Yarışmanın qalibi – Xətai rayonu 3 saylı uşaq evi 148 balla ən yüksək nəticə əldə etməklə kubok, diplom, Mədəniyyət və Turizm Nazirliyindən kompüter dəsti, tamaşaçı rəğbəti qazanmış fərqlənən iştirakçılar və nağıl qəhrəmanları diplom və müxtəlif hədiyyələr qazandı. Səfirliklərin, Altun nəşriyyatının, Bakı Xoreoqrafiya məktəbinin, uşaq yazıçısı Reyhan Yusifqızının qaliblərə xüsusi hədiyyəsi oldu. Tədbirin sonunda bütün uşaqlar birlikdə əl-ələ tutaraq dostluğa aid mahnı ifa etdilər.
Tədbirdə uşaq yazıçı və şairləri, KİV nümayəndələri, nəşriyyat işçiləri iştirak edirdi.
Bütün xəbərlər